Azərbaycanlı qadının Türkiyədə gömrükçü ilə maraqlı dialoqu Video

20.02.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Türkiyədə gömrük yoxlaması zamanı azərbaycanlı qadına məxsus yükdən paxlava, şəkərparə, dondurulmuş toyuq  və müxtəlif qida məhsulları çıxıb.
Yeniavaz.com
xəbər verir ki, sözügedən anları əks etdirən kadrlar DMAX kanalında “Gümrük muhafaza Türkiye” adlı verilişdə dərc olunub.
İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanında çəkilən kadrlarda sözügedən qadının həmin məhsulları övladları üçün gətirdiyini deməsi əks olunub. O, həmçinin gömrük işçilərinə də paxlava təklif edib. Qida məhsullarının sərhəddən keçirilməsinin qadağan olduğunu bildirən əməkdaşa o belə reaksiya verib:
“Toyuqlar öz həyətimdəndir. Yeməklərin hamısını özüm hazırlamışam. Bunlar uşaqlarım üçündür. Nə edim? Oradan bura əliboş gəlim?!”
Həmin kadrları təqdim edirik:

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью