Azərbaycanlı qadının Türkiyədə gömrükçü ilə maraqlı dialoqu Video
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Türkiyədə gömrük yoxlaması zamanı azərbaycanlı qadına məxsus yükdən paxlava, şəkərparə, dondurulmuş toyuq və müxtəlif qida məhsulları çıxıb.
Yeniavaz.com xəbər verir ki, sözügedən anları əks etdirən kadrlar DMAX kanalında “Gümrük muhafaza Türkiye” adlı verilişdə dərc olunub.
İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanında çəkilən kadrlarda sözügedən qadının həmin məhsulları övladları üçün gətirdiyini deməsi əks olunub. O, həmçinin gömrük işçilərinə də paxlava təklif edib. Qida məhsullarının sərhəddən keçirilməsinin qadağan olduğunu bildirən əməkdaşa o belə reaksiya verib:
“Toyuqlar öz həyətimdəndir. Yeməklərin hamısını özüm hazırlamışam. Bunlar uşaqlarım üçündür. Nə edim? Oradan bura əliboş gəlim?!”
Həmin kadrları təqdim edirik:
Baxış sayı:181
Bu xəbər 20 Fevral 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















