Azərbaycanlı rejissor “Senej” Prezident İdarəetmə Emalatxanasının eksperti seçilib AZƏRTAC…
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Moskva, 20 dekabr, AZƏRTAC Məşhur azərbaycanlı rejissor və müəllim Tərlan Rəsulov “Rusiya imkanlar ölkəsidir” Prezident platformasının tədris mərkəzi olan “Senej” İdarəetmə Emalatxanasının eksperti seçilib.
AZƏRTAC xəbər verir ki, “Rusiya-Komandalar vaxtıdır” forumunda T.Rəsulov teatr texnikası və komanda qurma texnikası üzrə iki orijinal ustad dərsi keçib.
Azərbaycanda ilk və yeganə “dOM” interaktiv teatrın yaradıcısı tamaşaçılara “komanda” anlayışının supervəzifəsi, effektiv və ahəngdar birləşmələr yaratmağa kömək edən əsas alətlər haqqında danışıb, həmçinin iştirakçılara yaradıcılıq və improvizasiya bacarıqlarının stimullaşdırılmasına yönəlmiş bir sıra praktiki məşğələlər təklif edib.
Bundan əlavə, o, “Həllər laboratoriyası” platformasında “Elm və mədəniyyətin görüşü” mövzusunda məruzəçi olub.
Ekspert biliyin iki əlaqəli sahəsinin strateji inkişaf və sinerji konsepsiyaları ilə bağlı fikirlərini bölüşüb, dövrün yeni çağırışları qarşısında institutlararası əlaqələr və əməkdaşlıq haqqında müzakirələrin fəal iştirakçısı kimi çıxış edib.“Senej” idarəetmə emalatxanası Rusiyada dövlət, biznes və cəmiyyət sahələri üçün menecerlərin hazırlanması üzrə əsas ocaqdır.
Bu, yaxşıların ən yaxşısının platformasıdır və təbii ki, bu təhsil klasterinə dəvət mənim təcrübəmin və nailiyyətlərimin dəyərli etirafı olmaqla yanaşı, həm də yüksək şərəfdir”, - deyə T.Rəsulov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.O qeyd edib ki, “Senej” İdarəetmə Emalatxanasında səmərəli bilik və təcrübə mübadiləsi üçün hər şey nəzərdə tutulub.
“Azərbaycanda toplanmış təcrübə və ideyaların Rusiyada dəstək və qəbul olunduğunu görmək məni çox sevindirdi.
Tam oxu
Xəbəri oxu