Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Azərbaycanlı rejissor “Senej” Prezident İdarəetmə Emalatxanasının eksperti seçilib AZƏRTAC

Azərbaycanlı rejissor “Senej” Prezident İdarəetmə Emalatxanasının eksperti seçilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva, 20 dekabr, AZƏRTAC

Məşhur azərbaycanlı rejissor və müəllim Tərlan Rəsulov “Rusiya imkanlar ölkəsidir” Prezident platformasının tədris mərkəzi olan “Senej” İdarəetmə Emalatxanasının eksperti seçilib.

AZƏRTAC xəbər verir ki, “Rusiya-Komandalar vaxtıdır” forumunda T.Rəsulov teatr texnikası və komanda qurma texnikası üzrə iki orijinal ustad dərsi keçib. Azərbaycanda ilk və yeganə “dOM” interaktiv teatrın yaradıcısı tamaşaçılara “komanda” anlayışının supervəzifəsi, effektiv və ahəngdar birləşmələr yaratmağa kömək edən əsas alətlər haqqında danışıb, həmçinin iştirakçılara yaradıcılıq və improvizasiya bacarıqlarının stimullaşdırılmasına yönəlmiş bir sıra praktiki məşğələlər təklif edib. Bundan əlavə, o, “Həllər laboratoriyası” platformasında “Elm və mədəniyyətin görüşü” mövzusunda məruzəçi olub. Ekspert biliyin iki əlaqəli sahəsinin strateji inkişaf və sinerji konsepsiyaları ilə bağlı fikirlərini bölüşüb, dövrün yeni çağırışları qarşısında institutlararası əlaqələr və əməkdaşlıq haqqında müzakirələrin fəal iştirakçısı kimi çıxış edib.

“Senej” idarəetmə emalatxanası Rusiyada dövlət, biznes və cəmiyyət sahələri üçün menecerlərin hazırlanması üzrə əsas ocaqdır. Bu, yaxşıların ən yaxşısının platformasıdır və təbii ki, bu təhsil klasterinə dəvət mənim təcrübəmin və nailiyyətlərimin dəyərli etirafı olmaqla yanaşı, həm də yüksək şərəfdir”, - deyə T.Rəsulov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

O qeyd edib ki, “Senej” İdarəetmə Emalatxanasında səmərəli bilik və təcrübə mübadiləsi üçün hər şey nəzərdə tutulub. “Azərbaycanda toplanmış təcrübə və ideyaların Rusiyada dəstək və qəbul olunduğunu görmək məni çox sevindirdi. Forumun on iki bölməsi iki gün ərzində Rusiyanın hər yerindən və dünyanın 10 ölkəsindən, müxtəlif yaş və peşələrdən olan 700-dən çox iştirakçının diqqəti və düşüncəsi uğrunda savaşdı və mən çox şadam ki, mən, debütant, bu platformada tam anşlaq toplaya bildim”, - deyə o, təəssüratlarını bölüşdü.

Tərlan Rəsulov - teatr rejissoru, teatr məşqçisi, prodüserdir. Azərbaycanda ilk interaktiv “dOM” teatrının yaradıcısıdır. Spontan aktyor oyunu metodunun müəllifi, “Mədəniyyət ərazisi” yaradıcılıq layihələrinin rejissoru və müəllifidir. O, “EU4Cultire” Avropa platformasının milli eksperti, Azərbaycan Mədəniyyət Nazirliyi yanında Ekspert Şurasının üzvü, Azərbaycan Teatr Xadimləri İttifaqı yanında eksperimental teatr laboratoriyasının müdiridir. UNİCEF, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlıq İdarəsi, Höte İnstitutu, “British Council” və s. dəstəyi ilə yaradılmış sosial və teatr layihələrinin müəllifi və rejissorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının, “EURODRAM” Avropa Dram Tərcümə Şəbəkəsinin, Şərqi Avropa İfaçılıq Sənəti Platformasının üzvü, Beynəlxalq teatr festivallarının iştirakçısı və laureatı, beynəlxalq forum və konfranslarda ekspert və məruzəçidir. 2024-cü ildən Moskvada yaşayır və işləyir.

“Senej” idarəetmə emalatxanası 2019-cu ildə yaradılmış təhsil mərkəzidir, onun bazasında məmurlar və istedadlı gənclər: ictimai təşkilatların liderləri, ictimai fəallar, könüllülər, gənc peşəkarlar (hüquqşünaslar, iqtisadçılar, jurnalistlər, sosioloqlar, müəllimlər, alimlər) üçün təlim proqramları və tədbirlər keçirilir. “Senej” İdarəetmə Emalatxanasında “Rusiya – imkanlar ölkəsi” Prezident platformasının layihələrinin əyani mərhələləri - seminarlar, strateji sessiyalar, forumlar və konfranslar keçirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri