Azərbaycanlı rektor Türkiyədə tələbələrlə görüşüb FOTO | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Dokuz Eylül Universiteti ilə akademik əməkdaşlığı daha da genişləndirmək məqsədilə hazırda Türkiyədə işguzar səfərdədir.
Nümayəndə heyəti Dokuz Eylül Universitetində Biologiya ixtisası üzrə ikili diplom proqramında təhsil alan birinci və ikinci kurs tələbələri ilə də görüş keçirib.
Nümayəndə heyəti tələbələrlə dərs keçdikləri auditoriyada görüşüb.
Görüş zamanı ikili diplom proqramının üstünlüklərindən danışan rektor Yusif Yusibov Türkiyədə təhsil almaq imkanının gənclər üçün böyük şans olduğunu qeyd edib və bu proqramda təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişəcəklərindən əmin olduğunu deyib.
Rektor tələbələrin problemleri ilə maraqlanıb və mövcud olan problemlərini yerindəcə həll edib.
Daha sonra nümayəndə heyəti tələbələr üçün yaradılmış bütün şəraitlə, o cümlədən, tədris otaqları, Biologiya, Mikrobiologiya, Zoologiya və Biologiya Elmi Tədqiqat laboratoriyaları ilə yerində tanış olub.
Qeyd edək ki, Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış müqaviləyə uyğun olaraq 2023/2024 tədris ilindən etibarən ikili diplom proqramı çərçivəsində Biologiya ixtisası üzrə mütəxəssis hazırlığına başlanılıb.
Tam oxu
Xəbəri oxu