Icma.az
close
up
RU
Azərbaycanlı rektor Türkiyədə tələbələrlə görüşüb FOTO

Azərbaycanlı rektor Türkiyədə tələbələrlə görüşüb FOTO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Dokuz Eylül Universiteti ilə akademik əməkdaşlığı daha da genişləndirmək məqsədilə hazırda Türkiyədə işguzar səfərdədir. 

Nümayəndə heyəti Dokuz Eylül Universitetində Biologiya ixtisası üzrə ikili diplom proqramında təhsil alan birinci və ikinci kurs tələbələri ilə də görüş keçirib. Nümayəndə heyəti tələbələrlə dərs keçdikləri auditoriyada görüşüb. Görüş zamanı ikili diplom proqramının üstünlüklərindən danışan rektor Yusif Yusibov Türkiyədə təhsil almaq imkanının gənclər üçün böyük şans olduğunu qeyd edib və bu proqramda təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişəcəklərindən əmin olduğunu deyib. Rektor tələbələrin problemleri ilə maraqlanıb və mövcud olan problemlərini yerindəcə həll edib. Daha sonra nümayəndə heyəti tələbələr üçün yaradılmış bütün şəraitlə, o cümlədən, tədris otaqları, Biologiya, Mikrobiologiya, Zoologiya və Biologiya Elmi Tədqiqat laboratoriyaları ilə yerində tanış olub. 

Qeyd edək ki, Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış müqaviləyə uyğun olaraq 2023/2024 tədris ilindən etibarən ikili diplom proqramı çərçivəsində Biologiya ixtisası üzrə mütəxəssis hazırlığına başlanılıb. 2025/2026 tədris ilindən etibarən hazırda ikinci kursda oxuyan tələbələr təhsillərini üçüncü və dördüncü kursda Gəncə Dövlət Universitetində davam etdirəcəkdir.

Daha sonra GDU-nun rektoru Yusif Yusibov, Ümumi İşlər üzrə prorektor Samir Məmmədov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına mühazirə zalında olublar. GDU-nun nümayəndə heyəti Türkiyəli tələbələrə təqdim olunub, Gəncə Dövlət Universitetinin Dokuz Eylül Universiteti ilə elmi əməkdaşlıq əlaqələri haqqında danışılıb. Nizami Gəncəvi adına mühazirə otağının məhz GDU ilə Dokuz Eylül Universiteti arasında əməkdaşlıq çərçivəsində yaradıldığı bildirilib. Bununla yanaşı qarşılıqlı olaraq Gəncə Dövlət Universitetində Türk dünyasının görkəmli şəxsiyyəti Yunus Əmrə adına mühazirə otağının olması barədə məlumat verilib.

Görüşdə rektor Yusif Yusibov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə qurulmasından danışıb, tələbələrə uğurlar arzulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri