Azərbaycanlı səfir bir gündə iki səfirlə görüşdü GÖRÜNTÜ

06.08.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanın Özbəkistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov diplomatik fəaliyyətinə qardaş ölkələrin səfirləri ilə görüşlərlə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə səfir özü məlumat verib.

Rəşad Məmmədov əvvəlcə Türkiyənin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Ufuk Ulutaşla görüşdüyünü bildirib. Görüş zamanı Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı və qardaşlıq münasibətlərinin Özbəkistanla çoxtərəfli əməkdaşlıq kontekstində əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər diplomatik nümayəndəliklər arasında əməkdaşlığın davam etdirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsi niyyətini ifadə ediblər.

Yeni səfir daha sonra Türkmənistanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Şadurdı Meredovla da nəzakət görüşü keçirib. Görüşdə Azərbaycan–Türkmənistan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub. Həmsöhbətlər Özbəkistanda akkreditə olunmuş diplomatik nümayəndəliklər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Türkiyədə uzun illər səfir kimi fəaliyyət göstərmiş Rəşad Məmmədov bu yaxınlarda Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, iyulun 28-də etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью