Icma.az
close
up
RU
Azərbaycanlı səfir bir gündə iki səfirlə görüşdü GÖRÜNTÜ

Azərbaycanlı səfir bir gündə iki səfirlə görüşdü GÖRÜNTÜ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanın Özbəkistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov diplomatik fəaliyyətinə qardaş ölkələrin səfirləri ilə görüşlərlə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə səfir özü məlumat verib.

Rəşad Məmmədov əvvəlcə Türkiyənin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Ufuk Ulutaşla görüşdüyünü bildirib. Görüş zamanı Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı və qardaşlıq münasibətlərinin Özbəkistanla çoxtərəfli əməkdaşlıq kontekstində əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər diplomatik nümayəndəliklər arasında əməkdaşlığın davam etdirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsi niyyətini ifadə ediblər.

Yeni səfir daha sonra Türkmənistanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Şadurdı Meredovla da nəzakət görüşü keçirib. Görüşdə Azərbaycan–Türkmənistan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub. Həmsöhbətlər Özbəkistanda akkreditə olunmuş diplomatik nümayəndəliklər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Türkiyədə uzun illər səfir kimi fəaliyyət göstərmiş Rəşad Məmmədov bu yaxınlarda Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, iyulun 28-də etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see518

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see262

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see250

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see247

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see237

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see231

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see228

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see228

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see214

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see211

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see211

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see202

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see200

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see198

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see195

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see192

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see187

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see184

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see183

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri