Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Gürcüstan Milli Turizm Administrasiyası 2025-ci ildə Azərbaycandan bu ölkəyə 292 min nəfərin səfər etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, açıqlanan məlumatda azərbaycanlı turistlərin Gürcüstanda 223 milyon dollar xərclədiyi bildirilib.
Gürcüstan Milli Turizm Administrasiyasının açıqladığı məlumatdan belə görünür ki, bir nəfərə düşən orta xərc 764 dollar (1 298 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Statistika Komitəsi də turizm məqsədilə Gürcüstana səfər edən Azərbaycan vətəndaşları ilə bağlı məlumat açıqlayıb. Statistika Komitəsinin məlumatında bildirilir ki, 2025-ci ildə turizm məqsədilə Gürcüstana 129 min 204 nəfər Azərbaycan vətəndaşı gedib. Azərbaycan vətəndaşlarının bu ölkədə xərclədikləri vəsait isə 138 milyon manat (81,2 milyon dollar) olub.
Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan isə belə görünür ki, bir nəfərə düşən orta xərc 628 dollar (1 068 manat) olub.
Elnur Əli