Azərbaycanlı turistlər Gürcüstanda nə qədər xərcləyiblər: 81, yoxsa 223 milyon dollar?
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Gürcüstan Milli Turizm Administrasiyası 2025-ci ildə Azərbaycandan bu ölkəyə 292 min nəfərin səfər etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, açıqlanan məlumatda azərbaycanlı turistlərin Gürcüstanda 223 milyon dollar xərclədiyi bildirilib.
Gürcüstan Milli Turizm Administrasiyasının açıqladığı məlumatdan belə görünür ki, bir nəfərə düşən orta xərc 764 dollar (1 298 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Statistika Komitəsi də turizm məqsədilə Gürcüstana səfər edən Azərbaycan vətəndaşları ilə bağlı məlumat açıqlayıb. Statistika Komitəsinin məlumatında bildirilir ki, 2025-ci ildə turizm məqsədilə Gürcüstana 129 min 204 nəfər Azərbaycan vətəndaşı gedib. Azərbaycan vətəndaşlarının bu ölkədə xərclədikləri vəsait isə 138 milyon manat (81,2 milyon dollar) olub.
Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan isə belə görünür ki, bir nəfərə düşən orta xərc 628 dollar (1 068 manat) olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanlı turistlər I rübdə Gürcüstanda təxminən 50 milyon dollar xərcləyiblər
24 Aprel 2025 14:16
Azərbaycanlı turistlər hansı ölkələrdə nə qədər pul xərcləyiblər? Siyahı
13 Avqust 2025 12:18
Azərbaycanlı müğənnini Gürcüstanda dollar yağışına tutdular
21 Noyabr 2024 13:02
Gürcüstanda azərbaycanlı SAXLANILDI
24 Aprel 2025 17:10
Baxış sayı:39
Bu xəbər 04 Fevral 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















