Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. Bakı, 9 dekabr, AZƏRTAC Rusiyanın Omsk şəhər 149 nömrəli liseyində azərbaycanlı yazıçı Vüq
AZƏRTAC xəbər verir ki, tamaşa məktəbin nəzdində fəaliyyət göstərən “Lisedei” teatr studiyasında səhnələşdirilir.
Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri, rus dili və ədəbiyyat müəllimi Lyudmila Şaraşovadır.
Şagirdlərin hazırladığı səhnə əsərinin premyerası dekabrın 26-da məktəbin akt zalında keçiriləcək.
Tamaşanın uşaq teatr festivallarında da nümayiş etdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Pis uşaqlar planeti” pyesi bu il Leninqrad vilayətinin Vıborq Uşaq Musiqili Teatrında, həmçinin Sankt-Peterburqun Nevski rayon 707 nömrəli orta məktəbində də səhnələşdirilərək rusiyalı uşaqlara təqdim olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.