Azərbaycanlı yazıçının pyesi Rusiyada lisey teatrında səhnələşdirilir AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 dekabr, AZƏRTAC
Rusiyanın Omsk şəhər 149 nömrəli liseyində azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında eyniadlı tamaşa hazırlanır.
AZƏRTAC xəbər verir ki, tamaşa məktəbin nəzdində fəaliyyət göstərən “Lisedei” teatr studiyasında səhnələşdirilir.
Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri, rus dili və ədəbiyyat müəllimi Lyudmila Şaraşovadır. Şagirdlərin hazırladığı səhnə əsərinin premyerası dekabrın 26-da məktəbin akt zalında keçiriləcək. Tamaşanın uşaq teatr festivallarında da nümayiş etdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Pis uşaqlar planeti” pyesi bu il Leninqrad vilayətinin Vıborq Uşaq Musiqili Teatrında, həmçinin Sankt-Peterburqun Nevski rayon 707 nömrəli orta məktəbində də səhnələşdirilərək rusiyalı uşaqlara təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 Dekabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















