Azərbaycanlılar kütləvi deportasiya oluna bilər Almaniya sərt addımlara hazırlaşır | Icma.…
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın miqrasiya siyasətində yeni və mübahisəli bir mərhələ başlayır.
Belə ki, Bundestaqda qəbul olunan dəyişikliklər ölkəyə miqrant axınının idarə olunmasını daha sərt çərçivəyə salır və sığınacaq qaydalarında ciddi yeniliklərə yol açır.
Qanun həm siyasi spektrin müxtəlif partiyalarını qarşı-qarşıya qoyub, həm də xarici vətəndaşlar üçün gələcək prosedurların necə dəyişəcəyi ilə bağlı suallar yaradıb.
Bəs bu dəyişikliklər Almaniyada mühacirət etmiş azərbaycanlıların deportasiya olunmasına səbəb ola bilərmi?
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, verilən qərarlar Almaniyanın daxili işidir və buna kimsə mane ola bilməz: “Azərbaycan hökuməti də illərdir eyni mövqedə dayanır.
Məsələn, hansısa ölkə Azərbaycanın daxili siyasətinə dair fikir söyləyəndə, rəsmi Bakı dərhal bildirir ki, bu, ölkənin daxili işidir və kənar müdaxilə yolverilməzdir.
Burada əsas məsələ Almaniya hökumətinin bunu hansı əsasla müzakirə etməsidir.
Tam oxu
Xəbəri oxu