Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Azərbaycanlılar kütləvi deportasiya oluna bilər Almaniya sərt addımlara hazırlaşır

Azərbaycanlılar kütləvi deportasiya oluna bilər Almaniya sərt addımlara hazırlaşır

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın miqrasiya siyasətində yeni və mübahisəli bir mərhələ başlayır. Belə ki, Bundestaqda qəbul olunan dəyişikliklər ölkəyə miqrant axınının idarə olunmasını daha sərt çərçivəyə salır və sığınacaq qaydalarında ciddi yeniliklərə yol açır. Qanun həm siyasi spektrin müxtəlif partiyalarını qarşı-qarşıya qoyub, həm də xarici vətəndaşlar üçün gələcək prosedurların necə dəyişəcəyi ilə bağlı suallar yaradıb.

Bəs bu dəyişikliklər Almaniyada mühacirət etmiş azərbaycanlıların deportasiya olunmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, verilən qərarlar Almaniyanın daxili işidir və buna kimsə mane ola bilməz:

Azərbaycan hökuməti də illərdir eyni mövqedə dayanır. Məsələn, hansısa ölkə Azərbaycanın daxili siyasətinə dair fikir söyləyəndə, rəsmi Bakı dərhal bildirir ki, bu, ölkənin daxili işidir və kənar müdaxilə yolverilməzdir. Burada əsas məsələ Almaniya hökumətinin bunu hansı əsasla müzakirə etməsidir. Maraqlıdır, nə üçün miqrasiya məsələsi bu qədər narahatlıq doğurur? Vaxtilə kansler Angela Merkel dəfələrlə vurğulamışdı ki, Almaniya iqtisadiyyatının inkişafı üçün miqrantların qəbulu hətta müəyyən kvotalar çərçivəsində olsa belə zəruridir. Çünki yeni iş yerləri açılır və işçi qüvvəsinə ehtiyac artır. Bu baxımdan məsələnin incə detallarına diqqət yetirmək vacibdir. Miqrasiya ilə bağlı atılan addımlar yalnız sosial və iqtisadi sferaya deyil, həm də ölkənin daxili siyasi proseslərinə təsir göstərir. Buna görə də müzakirələrin dinamikasını diqqətlə izləməliyik”.

Elmar Məmmədyarov

Miqrasiya məsələləri üzrə ekspert, hüquqşunas Əlövsət Əliyev isə bildirib ki, Bundestaq və hökumətin qəbul etdiyi dəyişikliklər ümumilikdə deportasiya proseslərini sürətləndirmək və icrasını asanlaşdırmaq məqsədi daşıyır:

“Bu, artıq qanuni əsaslara görə geri qaytarılmalı olan şəxslər üçün riskləri artırır. Qanun sərtləşditilməkdə davam edir. Azərbaycan vətəndaşlarının kütləvi deportasiyası yalnız əlavə siyasi və hüquqi addımlar (məsələn, “təhlükəsiz mənşə ölkə” kimi təsnifat və ya xüsusi readmissiya razılaşmaları) nəticəsində daha real olar. Hazırkı vəziyyətdə əsas təsir fərdi hallara yönəlib. Yəni bu, kütləvi deportasiyaya yol açmır”.

Ə.Əliyevin sözlərinə görə, son illər Azərbaycandan Avropaya üz tutanların böyük əksəriyyəti Fransaya gedir:

Əlövsət Əliyev

“Artıq Almaniyaya gələnlərin də, qaçqın statusu üçün müraciət edənlərin də sayı əvvəlki illərlə müqayisədə azalmaqda davam edir. Buna görə də təbii ki, Almaniyadan deportasiya olunanların da sayı azalmaq istiqamətinə yönələcək.

Müsahibimiz başqa məqama da diqqət çəkib:

“Azərbaycandan Almaniyaya gələnlərin böyük əksəriyyəti qaçqın statusu almaq üçün müraciət edənlər deyil. Əksəriyyət əsasən tələbə vizası ilə təhsilini davam etdirmək istəyənlər, iş vizası ilə gələn mütəxəssislər, iş axtarma vizası ilə gələnlər və ailə birləşməsi əsasında Almaniyaya köçən şəxslərdir. Bu kateqoriyaya aid insanlar kütləvi deportasiyaya məruz qalanlar deyil. Onların hər birinin işi fərdi qaydada araşdırılır və fərdi şəkildə qərar verilir. Bu səbəbdən hesab edirəm ki, 2026-cı ildən Almaniyada qanunların sərtləşdirilməsi fonunda belə, ölkə qaçqın statusunun verilməsi, əcnəbilərin qəbulu, mütəxəssislərin, sahibkarların və iş adamlarının cəlb edilməsi istiqamətində siyasətini davam etdirəcək. Çünki Almaniya daha da inkişaf etmək üçün ixtisaslı kadrlara ehtiyac duyur. Elə buna görə də Azərbaycandan gələnlərin sayı getdikcə artır və artmaqda davam edəcək. Deportasiya riski isə əvvəlki illərlə müqayisədə daha aşağıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri