Icma.az, Modern.az portalına istinadən məlumat verir. Fərqli dinlərə mənsub şəxslər arasında reallaşan evliliklər hər zaman müzakirə olunan
Xüsusilə müsəlman və xristianın bir-birilə ailə qurması həm dini, həm də hüquqi baxımdan bır sıra suallar yaradır.
Belə evliliklərin İslam və xristianlıqda necə qiymətləndirildiyi, qanunla necə tənzimləndiyi, cəmiyyətdə necə qarşılandığı və bu nikahların rəsmi sayılıb-sayılmadığı məsələsi də diqqət çəkir.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, İslam dininə görə müsəlman kişi xristian qadınla ailə qura bilər.
“Yəni din bu məsələyə müəyyən şərtlər çərçivəsində icazə verir.
Əgər ailə qurulan şəxs xristiandırsa və o, "əhli-kitab" sayılırsa, bu evliliyə dini baxımdan icazə verilir”.
Deputat əlavə edib ki, qanunvericilik baxımından da ölkəmizdə bu sahədə hər hansı bir problem yoxdur: “İstənilən şəxs, fərqli dinə mənsub biri ilə ailə qura bilər.
Bu baxımdan həm dinimiz, həm də qanun fərqli dinlər arasında izdivaca müəyyən çərçivədə icazə verir.