Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Azərbaycanlıların əcnəbilərlə evliliyi: din və qanun buna nə deyir?

Azərbaycanlıların əcnəbilərlə evliliyi: din və qanun buna nə deyir?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Fərqli dinlərə mənsub şəxslər arasında reallaşan evliliklər hər zaman müzakirə olunan mövzular sırasında yer alıb. Xüsusilə müsəlman və xristianın bir-birilə ailə qurması həm dini, həm də hüquqi baxımdan bır sıra suallar yaradır. Belə evliliklərin İslam və xristianlıqda necə qiymətləndirildiyi, qanunla necə tənzimləndiyi, cəmiyyətdə necə qarşılandığı və bu nikahların rəsmi sayılıb-sayılmadığı məsələsi də diqqət çəkir.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, İslam dininə görə müsəlman kişi xristian qadınla ailə qura bilər.

“Yəni din bu məsələyə müəyyən şərtlər çərçivəsində icazə verir. Əgər ailə qurulan şəxs xristiandırsa və o, "əhli-kitab" sayılırsa, bu evliliyə dini baxımdan icazə verilir”.

Deputat əlavə edib ki, qanunvericilik baxımından da ölkəmizdə bu sahədə hər hansı bir problem yoxdur:

“İstənilən şəxs, fərqli dinə mənsub biri ilə ailə qura bilər. Bu baxımdan həm dinimiz, həm də qanun fərqli dinlər arasında izdivaca müəyyən çərçivədə icazə verir. Habelə, tarixdə də bununla bağlı bir çox nümunələrə rast gəlmək mümkündür. Həm dini mənbələrdə, həm də tarixi hadisələrdə qeyd olunan məsələdə ciddi fikir ayrılığının olmadığını görə bilirik.

Lakin burada əsas məqamlardan birinə diqqət yetirmək lazıçmdır: İslam dini yalnız müsəlman kişilərin xristian və ya yəhudi qadınlarla evlənməsinə icazə verir. Müsəlman qadınların isə qeyri-müsəlman, hətta "əhli-kitab" olan bir kişi ilə ailə qurmasına icazə verilmir. Bu, İslam dininin əsas prinsiplərindən biridir”.

Deputat həmçinin vurğulayıb ki, müsəlman qadının qeyri-müsəlman, yəni İslamı qəbul etməmiş bir kişiyə ərə getməsi dinimiz tərəfindən qadağan olunur:

“Həmin kişi İslamı qəbul etdiyi təqdirdə, qadın onunla ailə qura bilər. Bu yanaşmanın əsas məqsədi müsəlman ailə kimliyini və dini dəyərləri qorumaqdır.

Lakin burada hər hansı ayrı-seçkilikdən söhbət getmir. Əksinə, bu, ailənin dini və mənəvi birliyinin qorunması üçün nəzərdə tutulan bir tədbirdir. Məhz bu səbəbdən, məsələyə yanaşarkən dinimizin mövqeyini nəzərə almaq və onu düzgün izah etmək, qavramaq vacibdir”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev də saytımıza açıqlamasında müsəlman kişinin fərqli dini etiqada mənsub qadınla evlənə biləcəyi fikrini təsdiqləyib:

“İslam şəriətinə əsasən, müsəlman kişi "əhli-kitab"dan olan (xristian və ya yəhudi) qadınla evlənə bilər. Lakin bu evliliyə də müəyyən şərtlər daxilində icazə verilir. Belə evliliklərdə ailə həyatının İslam prinsiplərinə zidd olmaması, uşaqların dini tərbiyəsi və vərəsəlik (irs) kimi məsələlərə diqqət yetirilməsi mühüm şərtlərdəndir.

Əgər qeyri-müsəlman qadın sonradan İslamı qəbul edərsə, bu, həm ailə birliyini gücləndirə bilər, həm də hüquqi və dini baxımdan müəyyən üstünlüklər yarada bilər”.

Sədr müavini onu da bildirib ki, xristian və yəhudi dinlərinin bu məsələyə yanaşması barədə müxtəlif fikirlər mövcuddur:

“Lakin bu dinlərin də özlərinə məxsus ailə və evlilik qaydaları var. Hər bir dinin bu məsələyə yanaşması müxtəlif çərçivələrdə formalaşır.

İslam dinində isə bəzi məqamlar xüsusilə həssas qəbul edilir. Bu səbəbdən, müsəlmanların bu kimi incə məqamları nəzərə alaraq, dini hökmlərə riayət etməsi mühüm sayılır”.

H.Nurullayev onu da diqqətə çatdırıb ki, müsəlman qadın xristian və yəhudi kişiyə ərə gedə bilməz. İslam dinində buna icazə verilmir.

“Bu gün beynəlxalq təcrübədə olduğu kimi. bizdə də bəzi müsəlman qadınların başqa dindən olan kişilərə ərə getməsi halları müşahidə olunur. Şübhəsiz, dünyada belə addımlar var, ancaq bu, dinlə əlaqəli məsələ deyil. İslam dinində birmənalı qaydada müsəlman qadının xristian və yəhudi kişiyə ərə getməsinə icazə verilmir. Gərək onun ərə getdiyi kişi İslamı qəbul etsin, sonra müsəlman olduğu halda onunla ailə qura bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:303
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri