GlobalInfo saytına istinadən Icma.az xəbər verir. 21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümay
Hətta ötən gün Azərbaycan nümayəndələrinin olduğu təyyarənin İrəvana eniş etdiyinə dair xəbər erməni ictimaiyyətində maraq doğurdu.
Məlumata görə, görüşdə avqustun 8-də Vaşinqtonda əldə olunan nəticələrin əsasında formalaşan sülh gündəliyi və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirlərindən danışılıb.
Həmçinin Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə edilib.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşlər əvvəllər də keçirilib: “İstər işğal dövründə, istərsə də müharibədən sonra vətəndaş cəmiyyəti institutları arasında belə təmaslar olub.
Doğrudur, bu şəkildə görüşlər əsasən beynəlxalq təşkilatların vasitəçiliyi ilə və daha çox üçüncü ölkələrdə baş tuturdu.
Msəələn, burada Azərbaycan-Ermənistan Vətəndaş Sülh Platformasını qeyd etmək olar.
Adı çəkilən Platforma 2016-cı ildə elan olunmuşdu və 2017-ci ildə Tiflisdə ilk qurultay keçirilmişdi.