Icma.az
close
up
RU
Azərbaycanlıların olduğu təyyarə İrəvana endi 9 il sonra yeni görüş

Azərbaycanlıların olduğu təyyarə İrəvana endi 9 il sonra yeni görüş

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin görüş keçirdiyi açıqlanıb.  Hətta ötən gün Azərbaycan nümayəndələrinin olduğu təyyarənin İrəvana eniş etdiyinə dair xəbər erməni ictimaiyyətində maraq doğurdu.

Məlumata görə, görüşdə avqustun 8-də Vaşinqtonda əldə olunan nəticələrin əsasında formalaşan sülh gündəliyi və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirlərindən danışılıb. Həmçinin Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə edilib.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşlər əvvəllər də keçirilib:

“İstər işğal dövründə, istərsə də müharibədən sonra vətəndaş cəmiyyəti institutları arasında belə təmaslar olub. Doğrudur, bu şəkildə görüşlər əsasən beynəlxalq təşkilatların vasitəçiliyi ilə və daha çox üçüncü ölkələrdə baş tuturdu. Msəələn, burada Azərbaycan-Ermənistan Vətəndaş Sülh Platformasını qeyd etmək olar. Adı çəkilən Platforma 2016-cı ildə elan olunmuşdu və 2017-ci ildə Tiflisdə ilk qurultay keçirilmişdi.

Vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında baş tutan görüşlər “Xalq diplomatiyasının” nümunəsi kimi qiymətləndirilməlidir. Əgər əvvəlki görüş və təmaslarda erməni təmsilçiləri özlərini qalib hesab edərək daha çox Azərbaycan cəmiyyətinin reallıqlarla barışması istiqamətində mövqe sərgiləyirdilərsə, artıq vəziyyət dəyişib. İndi Ermənistan hakimiyyəti də, bir çox vətəndaş cəmiyyəti nümayəndələri də əvvəlki ritorika ilə çıxış etmirlər. Onlar davamlı və real sülhün əldə edilmədiyi hər keçən günün ölkələrinin əleyhinə işlədiyinin fərqindədirlər”.


Yusif Bağırzadə 

Politoloqun sözlərinə görə, bu tip görüşlər Ermənistan ictimaiyyətinə Azərbaycanla sülhün bu ölkəyə verə biləcəyi xeyirləri təlqin etmək baxımından faydalı hesab oluna bilər:

“Ermənistanın vətəndaş cəmiyyəti institutlarının 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmalar istiqamətində ictimai rəyi hazırlamaq kimi bir missiyanı üzərlərinə götürməsi və konkret fəaliyyət həyata keçirməsi lazımdır. Xüsusilə də Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiya dəyişikliyi və Zəngəzur dəhlizi istiqamətində təbliğata böyük ehtiyac var.

Yəni başqa sözlə, əgər Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri səmimi şəkildə sülhdə maraqlı olacaqlarsa, o zaman keçirilən görüşlər də faydalı nəticələr verəcək. Əks halda, bu görüşlər sülh prossesinə heç bir töhfə verməyəcək”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri