“Azercell”in yeni tarif dəyişikliyi narazılıq doğurdu Ekspert rəsmi qurumlara müraciət etd…
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın aparıcı mobil rabitə operatorlarından biri olan "Azercell” yeni ödəmə kartı şərtləri və internet paketlərinin qiymət artımı ilə bağlı dəyişikliklərə gedib.
Yeniliklər 1 iyul 2025-ci ildən qüvvəyə minəcək.Yeni dəyişikliklərə əsasən, bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə kartlarının yükləmə müddəti nominaldan asılı olaraq müəyyənləşir və +90 gün istifadə müddəti qüvvədə qalır.
Bu müddət ərzində istifadəçi balansına yeni kart yükləyərək həm əvvəlki vəsaiti, həm də yeni balansı sərbəst şəkildə istifadə edə bilər.Bundan başqa, elektron ödənişlər üçün minimal məbləğ 1 AZN-ə qaldırılıb.
Əvvəllər 3 manatla 20 gün aktiv olan mobil xətt üçün artıq 25 manat tələb olunur ki, bu da istifadəçilər arasında ciddi narazılığa səbəb olub.Yeni tariflərə əsasən, 1 və 3 saatlıq limitsiz internet paketləri müvafiq olaraq 0.4 AZN və 0.5 AZN bahalaşıb.
Bu artım da istifadəçilər tərəfindən tənqid edilir.Sosial media istifadəçiləri "Azercell”in son qərarlarına etiraz edərək, şirkətə qarşı boykot çağırışları ediblər.
İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu qərar istehlakçının hüquqlarını məhdudlaşdırır və rəqabət mühitinə ziddir: "Əgər "Azercell" müştərilərini itirmək istəmirsə, bu qərarı ləğv etməlidir.
Çünki qərar həddindən artıq absurddur və müştərilərə seçim imkanı vermir.
Tam oxu
Xəbəri oxu