Icma.az
close
up
RU
“Azercell”in yeni tarif dəyişikliyi narazılıq doğurdu Ekspert rəsmi qurumlara müraciət etdi

“Azercell”in yeni tarif dəyişikliyi narazılıq doğurdu Ekspert rəsmi qurumlara müraciət etdi

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın aparıcı mobil rabitə operatorlarından biri olan "Azercell” yeni ödəmə kartı şərtləri və internet paketlərinin qiymət artımı ilə bağlı dəyişikliklərə gedib. Yeniliklər 1 iyul 2025-ci ildən qüvvəyə minəcək.
Yeni dəyişikliklərə əsasən, bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə kartlarının yükləmə müddəti nominaldan asılı olaraq müəyyənləşir və +90 gün istifadə müddəti qüvvədə qalır. Bu müddət ərzində istifadəçi balansına yeni kart yükləyərək həm əvvəlki vəsaiti, həm də yeni balansı sərbəst şəkildə istifadə edə bilər.
Bundan başqa, elektron ödənişlər üçün minimal məbləğ 1 AZN-ə qaldırılıb. Əvvəllər 3 manatla 20 gün aktiv olan mobil xətt üçün artıq 25 manat tələb olunur ki, bu da istifadəçilər arasında ciddi narazılığa səbəb olub.
Yeni tariflərə əsasən, 1 və 3 saatlıq limitsiz internet paketləri müvafiq olaraq 0.4 AZN və 0.5 AZN bahalaşıb. Bu artım da istifadəçilər tərəfindən tənqid edilir.

Sosial media istifadəçiləri "Azercell”in son qərarlarına etiraz edərək, şirkətə qarşı boykot çağırışları ediblər. 

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu qərar istehlakçının hüquqlarını məhdudlaşdırır və rəqabət mühitinə ziddir:

"Əgər "Azercell" müştərilərini itirmək istəmirsə, bu qərarı ləğv etməlidir. Çünki qərar həddindən artıq absurddur və müştərilərə seçim imkanı vermir. Ona görə də "Azercell" xeyli abonentə sahib mobil operator şəbəkəsi kimi bu addıma yenidən baxmalı və qərarı ləğv etməlidir. Dünyanın heç yerində belə sərt qərarlar yoxdur. Yəni, ay ərzində işlətmədiyin qədər vəsait xərcləmək doğru-düzgün deyil. Mənə elə gəlir "Azercell" bu qərarına yenidən baxsa, daha yaxşı olar"

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də mövzu ilə bağlı geniş açıqlama verib. 

 

Ekspert bildirib ki, açıqlanan məlumatlardan dərhal görünür ki, Azercell "müştəri yönümlü” deyil, "yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib:

1 iyul 2025-dən etibarən Azercell fakturasız (SimSim) istifadəçilər üçün yeni şərtlər tətbiq edəcək. Açıqladıqları mücərrəd məlumatlardan dərhal görünür ki, Azercell "müştəri yönümlü” deyil, "yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib.

Azercell yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyəti güdüb. Yəni pulun, balansın var nömrən bəlli müddətə aktiv olacaq, yoxsa nömrən bağlanacaq.
İlk öncə qeyd edim ki, Azercell–də çox güman ki, kimlərsə, bəlkə də məqsədyönlü olaraq yeni qaydalarını ağlabatan formada, istifadəçilərin dərk edə biləcəyi formada şərh etmək istəməyiblər. Əlbəttə, bu Azercell-in marketinq şöbəsində çalışanların peşəkarlığından deyil, verilən göstərişdən asılı bir məsələdir. Yeni Qaydalara, yeni tariflərə nəzər salanda nələri müşahidə etmək olar? Əvvəllər sadəcə 1–2 manat balans yükləməklə insanlar nömrələrini daha çox açıq saxlaya bilirdilər.

Osman Gündüz qeyd edib ki, əvvəllər sadəcə 1–2 manat balans yükləməklə insanlar nömrələrini daha çox açıq saxlaya bilirdilər:
"Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi. Məsələn, indiyədək 5 manat ödəyib 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idi.
İndi təklif olunan qaydalara görə isə bu 5 manatla vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq. Balansda pul olsa da, danışmaq mümkün olmayacaq, bundan sonra sizin konturunuzun bəlli bir danışıq günü olacaq.
Tarifə qoşulanlar üçün isə vəziyyət daha incədir: Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə (məsələn, 10 manat), nömrəniz 30 gün açıq qalacaq. Əgər balansa 1 və ya 2 manat yükləsəniz – heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Tarif "varmış” kimi görünür, amma realda istifadə etməyə icazə verilmir.
Digər ciddi məsələ isə budur: "Azercellim", "Bölgə", "GəncSim", "Sadə6" və digər az da olsa sərfəli tariflərə yeni qoşulmalar da dayandırılır. Beləliklə, Azercell həm də istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır, bazar daxilində "məcburi yığılan” modellərə keçir".
Dövlətə məxsus payla idarə olunan bir şirkət niyə bu qədər sərt ticarət davranışları nümayiş etdirir?
Ekspert qeyd edib ki, milyonlarla istifadəçisi olan Azercell kiçik məbləğlərlə milyonlar qazanmaq üçün riyazi olaraq hər şeyi "düz” hesablayıb. Amma sosial olaraq bu, rəqəmsal bərabərsizlik və əlçatanlıq baxımından ciddi geriləmədir:
"Rəqəmsal taransformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, Azercell dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək.
Düşünürəm ki, dövlət şirkəti olan Azercell tarif qaydalarına yenidən nəzərə salmalı, ”1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha ağlabatan, müştəriyə yönəlik tariflər müəyyən etməlidir.
Xatırladıram ki, qonşu ölkələrin heç bir mobil operatorunda bu cür ifrat sərt yanaşma, müştərilərə qarşı bu formada münasibət sərgiləmək halları müşahidə etməmişəm".
Ekspert bildirib ki, əvvəllər ölkənin və regionun ən innovativ qurumu olan bu şirkət uzun müddətdir ki, innovasiyalar və texnologiyalar sahəsində yerində sayır. Bu, beynəlxalq konfranslarda da açıq-aşkar görsənir:
"Yəni anlaşıqlı desək, biz, Azercell-də son zamanlar artırılan tariflərdən əldə olunan gəlirlərin innovasiyalara yatırıldığını da müşahidə etmirik.
Ümid edirəm Antiinhisar Agentliyi, İKTA, RİNN, İRİA bu dəyişikliklərin sosial təsirlərini, rəqəmsal transformasiyaya təsirlərini dəyərləndirəcək və ağlabatan addımlar atılacaq".

Günel Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri