Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Dələduzlar növbəti dəfə aparıcı İlkin Həsənini hədəfə alıblar.
Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib.
İlkin bildirib ki, dələduzlar mərhum aktyor Azər Baxşəliyevə yardım etmək məqsədi ilə onu aldatmağa çalışıblar: "Bilirsiniz ki, bir neçə gün əvvəl dostlar olaraq çox həssas və çətin günlər yaşamışıq.
Çox təəssüf ki, bu zaman ərzində şərəfsiz insanlarla da tanış ola bildik. Bəziləri insanlığını itirərək hansı yollara əl atırlar.
Deməli, xətəxanadayıq və hər kəs gərginlik içindədir. Hamı həkimlərdən bir xəbər gözləyir. Və mənə Rusiya nömrəsindən zəng gəlir.
Seyid adlı bir şəxs bildirir ki, biz Azərin tamaşaçılarıyıq, onu çox sevirik, pis olmuşuq. Belə bir məqamda ona dəstək göstərmək istəyirik.
Bildirdim ki, ehtiyac yoxdur, ailəsi belə buna imkan verməz. Heç dostlarına belə imkan vermirlər nəsə etsinlər. Sizə də ehtiyac yoxdur.
Bir az keçir və bu adam yenidən zəng edir və deyir ki, siz istəməsəniz belə biz kömək etmək istəyirik.