Icma.az
close
up
RU
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər

Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dələduzlar növbəti dəfə aparıcı İlkin Həsənini hədəfə alıblar.

Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. İlkin bildirib ki, dələduzlar mərhum aktyor Azər Baxşəliyevə yardım etmək məqsədi ilə onu aldatmağa çalışıblar:

"Bilirsiniz ki, bir neçə gün əvvəl dostlar olaraq çox həssas və çətin günlər yaşamışıq. Çox təəssüf ki, bu zaman ərzində şərəfsiz insanlarla da tanış ola bildik. Bəziləri insanlığını itirərək hansı yollara əl atırlar.

Deməli, xətəxanadayıq və hər kəs gərginlik içindədir. Hamı həkimlərdən bir xəbər gözləyir. Və mənə Rusiya nömrəsindən zəng gəlir. Seyid adlı bir şəxs bildirir ki, biz Azərin tamaşaçılarıyıq, onu çox sevirik, pis olmuşuq. Belə bir məqamda ona dəstək göstərmək istəyirik. Bildirdim ki, ehtiyac yoxdur, ailəsi belə buna imkan verməz. Heç dostlarına belə imkan vermirlər nəsə etsinlər. Sizə də ehtiyac yoxdur. Bir az keçir və bu adam yenidən zəng edir və deyir ki, siz istəməsəniz belə biz kömək etmək istəyirik. Gördüm ki, adam inadkarcasına bu məsələnin üzərində dayanıb. Soruşdum ki, nə etmək istəyirsiniz? Dedi ki, biz Rusiyada yaşayan bəzi həmyerlilər və guya diaspora ilə əlaqəsi olan azərbaycanlılar 1000, 2000, 3000 dollar toplayıb, Azərə ümumilikdə 10 min dollar dəstək olmaq istəyirik. Mən də beynimdə fikirləşdim ki, bu məbləğ də ailəyə bir dəstək ola bilər. Yadıma düşdü ki, gecə saat 2 reysi ilə Moskvadan Samir adlı dostumuz Azərə görə Azərbaycana gəlir. Bu iki şəxsi əlaqələndirdim. Onlar telefonla danışdılar, hər şey həll olundu. Samir mənə zəng edib dedi ki, bir az sonra dediklərinə görə pulu göndərəcəklər.

Bir az keçdi və bu insan yenidən zəng etdi. Dedi ki, artıq hər şeyi danışmışıq, adam gəlib çatdı və pulu da göndərirəm. Bizdən də çoxlu salam çatdırarsınız. Dua edirik, çox pis olmuşuq. Ailəm də Azərbaycana gəlir, onlara da tapşırmışam ki, sizə baş çəksin. Nə lazımdırsa, ailəm də yerindəcə həll edəcək. Bir az keçdi və yenidən bir zəng gəldi. Dedi ki, ailəm gəlib, Azərbaycanla sərhəddədir, quru yollarla gəlir. Quru yollar deyəndən sonra şübhələnməyə başladım. Deyir ki, ailəmin kartları bloklanıb, sadəcə olaraq Azərbaycana məxsus bank kartı çalışır. Xahiş edirəm bu karta 200 manat pul göndər, ailəm Azərbaycana keçəndən sonra əvəzləşərik. Bunu eşidəndən sonra o qədər pis vəziyyətə düşdüm ki... Bu məqamda da istifadə də etmək olmaz. Bu, şərəfsizlikdir.

Keçdim kənara ki, bu insana öz ürək sözlərimi bildirim. Bir neçə dəqiqə sonra gördüm ki, o insan mənə yazdığı bütün mesajları silib və qara siyahıya atıb. Məndən sonra isə pulu göndərəcəyi Samirə də zəng edib deyib ki, İlkin telefonuma cavab vermir, təcili mənə 200 manat pul lazımdır. Göndərin ki, bu məsələni tez bir zamanda həll edim. Samir də ayıq-sayıq olub, ona ürək sözlərini bildirərək yola salıb.

Az qala mənim başıma gələcəkdi. O insana artıq inanmışdım. Beynimdə müəyyən planlar qurmuşdum. Fərəhlənmişdim ki, dostumuzun belə tamaşaçıları var. Amma təəssüf ki, o tamaşaçı düşündüyüm qədər yaxşı olmadı. İstəməzdim ki, bu hal kiminsə başına gəlsin. Bu məqamlarda belə şərəfsiz insanlar vəziyyətdən istifadə edə bilərlər".

Qeyd edək ki, ötən ilin dekabrında dələduzlar İlkin Həsəninin adından istifadə edərək onun dostlarından vatsap vasitəsi ilə pul istəmişdilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 Yanvar 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri