Icma.az bildirir, Modern.az portalına istinadən. "Azərişıq" ASC Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalması məsələsinə münasibət bildi
Modern.az xəbər verir ki, qurumdan oxu.az-a bildirilib ki, məsələ, əslində, göründüyü kimi deyil.
Açıqlamada qeyd olunub ki, Lerikdə kifayət qədər intensiv iş gedir, elektrik enerjisinin verilişi təmin edilir: "80 kənd deyəndə ucqar ərazidəki yaşayış məntəqələri nəzərdə tutulur.
Hər kənddə 5-10 ev var. Əksəriyyəti balaca kəndlərdir. 80 kənddə ümumi 360 abonent var. Lerikin mərkəzi bağlıdır.
Birinci yollar açılmalıdır ki, texnika hərəkət etsin. Düzdür, gecə-gündüz iş gedir, işıq bərpa olunur, lakin qar da güclənir.
Bütün məsuliyyət təkcə bizim qurumun üzərində deyil. Ağaclar qırılıb, yolboyu tökülüb. O ağaclar kəsilib götürülməlidir.
Bizim o ağacları kəsib götürməyə ixtiyarımız yoxdur". Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.