Azərişıq Lerik rayon İcra Hakimiyyətini günahlandırdı: Yollar açılmalıdır!
Icma.az bildirir, Modern.az portalına istinadən.
"Azərişıq" ASC Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalması məsələsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, qurumdan oxu.az-a bildirilib ki, məsələ, əslində, göründüyü kimi deyil.
Açıqlamada qeyd olunub ki, Lerikdə kifayət qədər intensiv iş gedir, elektrik enerjisinin verilişi təmin edilir:
"80 kənd deyəndə ucqar ərazidəki yaşayış məntəqələri nəzərdə tutulur. Hər kənddə 5-10 ev var. Əksəriyyəti balaca kəndlərdir. 80 kənddə ümumi 360 abonent var.
Lerikin mərkəzi bağlıdır. Birinci yollar açılmalıdır ki, texnika hərəkət etsin. Düzdür, gecə-gündüz iş gedir, işıq bərpa olunur, lakin qar da güclənir. Bütün məsuliyyət təkcə bizim qurumun üzərində deyil. Ağaclar qırılıb, yolboyu tökülüb. O ağaclar kəsilib götürülməlidir. Bizim o ağacları kəsib götürməyə ixtiyarımız yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















