Azəristiliktəchizat gələn il də büdcədən 34 milyon manat subsidiya alacaq

04.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

​Gələn il Azərbaycanın dövlət büdcəsindən istilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması hesabına yaranmış zərərin örtülməsi üçün "Azəristiliktəchizat" ASC-yə builki qədər - 33,8 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.

"Cebheinfo.az" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Bundan başqa, büdcə zərfinə əsasən, mənzil və kommunal təsərrüfatı xərclərindən şəhər, rayon və qəsəbələrdə dövlət balansında olan yaşayış binalarının, o cümlədən dam örtüklərinin, fasadların və pilləkən qəfəslərinin əsaslı təmiri üçün 60 milyon manat, işıqlandırılması üçün 40,6 milyon manat, yaşıllıqların salınması, saxlanılması və landşaft quruluşu işləri üçün 47,1 milyon manat, mənzil və kommunal təsərrüfatı müəssisələri üçün 37,7 milyon manat və lift təsərrüfatının saxlanılması üçün 6,3 milyon manat vəsait proqnozlaşdırılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью