Azəristiliktəchizat gələn il də büdcədən 34 milyon manat subsidiya alacaq
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gələn il Azərbaycanın dövlət büdcəsindən istilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması hesabına yaranmış zərərin örtülməsi üçün "Azəristiliktəchizat" ASC-yə builki qədər - 33,8 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.
"Cebheinfo.az" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Bundan başqa, büdcə zərfinə əsasən, mənzil və kommunal təsərrüfatı xərclərindən şəhər, rayon və qəsəbələrdə dövlət balansında olan yaşayış binalarının, o cümlədən dam örtüklərinin, fasadların və pilləkən qəfəslərinin əsaslı təmiri üçün 60 milyon manat, işıqlandırılması üçün 40,6 milyon manat, yaşıllıqların salınması, saxlanılması və landşaft quruluşu işləri üçün 47,1 milyon manat, mənzil və kommunal təsərrüfatı müəssisələri üçün 37,7 milyon manat və lift təsərrüfatının saxlanılması üçün 6,3 milyon manat vəsait proqnozlaşdırılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Noyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















