“Azərpoçt” və “Ekspressbank” Agent Bankçılıq layihəsinə start verib | Icma.az
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC bank xidmətlərinə çıxışın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Ölkə üzrə geniş filial şəbəkəsinə malik olan “Azərpoçt”un bu imkanları çərçivəsində “Expressbank” ASC ilə birlikdə Agent Bankçılıq layihəsi daxilində pilot tərəfdaşlığa start verilib.
"Unikal" xəbər verir ki, artıq 2025-ci ilin noyabr ayından etibarən “Azərpoçt”un Cəlilabad filialı bu istiqamətdə agent xidmətlərini təqdim edir və bu dövr ərzində ilk uğurlu əməliyyat həyata keçirilib.
Yaxın müddətdə əməkdaşlığın digər regional filiallarda da genişləndirilməsi planlaşdırılır.
Hazırda “Azərpoçt” banklarla əməkdaşlıq çərçivəsində aşağıdakı agent xidmətlərini təqdim edir: • hesabların açılması; • müştərilərin identifikasiyası; • bank filialları və bankomatlar üçün inkassasiya xidmətlərinin göstərilməsi; • banklarla tərəfdaşlıq çərçivəsində kredit məhsullarının təqdim edilməsi və digər agent xidmətləri.
Agent bankçılıq modeli “Azərpoçt”un ölkəni əhatə edən geniş xidmət şəbəkəsinin potensialından yararlanaraq, xüsusilə kənd və kiçik şəhərlərdə bank məhsullarının birbaşa poçt filialları vasitəsilə təqdim olunmasına şərait yaradır.
İnanırıq ki, bu əməkdaşlıq regionlarda bank xidmətlərinə çıxışı daha da genişləndirəcək və müştərilərə daha sürətli və rahat maliyyə həllərinin təqdim edilməsinə imkan yaradacaq.
Tam oxu
Xəbəri oxu