“Azərpoçt” və “Ekspressbank” Agent Bankçılıq layihəsinə start verib
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC bank xidmətlərinə çıxışın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Ölkə üzrə geniş filial şəbəkəsinə malik olan “Azərpoçt”un bu imkanları çərçivəsində “Expressbank” ASC ilə birlikdə Agent Bankçılıq layihəsi daxilində pilot tərəfdaşlığa start verilib.
"Unikal" xəbər verir ki, artıq 2025-ci ilin noyabr ayından etibarən “Azərpoçt”un Cəlilabad filialı bu istiqamətdə agent xidmətlərini təqdim edir və bu dövr ərzində ilk uğurlu əməliyyat həyata keçirilib. Yaxın müddətdə əməkdaşlığın digər regional filiallarda da genişləndirilməsi planlaşdırılır.
Hazırda “Azərpoçt” banklarla əməkdaşlıq çərçivəsində aşağıdakı agent xidmətlərini təqdim edir:
• hesabların açılması;
• müştərilərin identifikasiyası;
• bank filialları və bankomatlar üçün inkassasiya xidmətlərinin göstərilməsi;
• banklarla tərəfdaşlıq çərçivəsində kredit məhsullarının təqdim edilməsi və digər agent xidmətləri.
Agent bankçılıq modeli “Azərpoçt”un ölkəni əhatə edən geniş xidmət şəbəkəsinin potensialından yararlanaraq, xüsusilə kənd və kiçik şəhərlərdə bank məhsullarının birbaşa poçt filialları vasitəsilə təqdim olunmasına şərait yaradır.
İnanırıq ki, bu əməkdaşlıq regionlarda bank xidmətlərinə çıxışı daha da genişləndirəcək və müştərilərə daha sürətli və rahat maliyyə həllərinin təqdim edilməsinə imkan yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Yanvar 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















