Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 21 aprel, AZƏRTAC“Milli Aviasiya Akademiyası”na qarşı yarımfinal matçı çox gərgin keçdi
Rəqib həddindən artıq istəkli mübarizə apardı. Görüşün bu qədər ağır keçəcəyini gözləmirdik.
Çünki mövsüm ərzində onları üç dəfə məğlub etmişdik”.Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Azərreyl” komandasının kapitanı Aynur İmanova Azərbaycan Yüksək Liqasının finalına vəsiqə qazanmaları barədə danışarkən deyib.Təcrübəli blokçu bildirib ki, mövsümün əvvəlində heç kim “Azərreyl”in ilk “dördlüy”ə düşəcəyinə inanmırdı: “Azərreyl”in başı bu mövsüm çox bəlalar çəkdi.
Heyətin yenilənməsi, zədəli oyunçuların olması komandaya problemlər yaratdı.
Lakin biz əzmkar performans nümayiş etdirdik və finala vəsiqə qazanmağı bacardıq. Həlledici raunnda rəqibimiz “Abşeron” kollektivi olacaq.
Onlarla görüşlərdə xal götürsək belə, qalib gələ bilməmişik. Amma voleybolda istənilən nəticə ola bilər.
Biz “Milli Aviasiya Akademiyası”nı daha rahat keçəcəyimizə ümid edirdik.
Göründüyü kimi, hər şey fərqli oldu”.O, ötən mövsümdən fərqli olaraq, bu il komandalarda çıxış edən bütün oyunçuların, demək olar ki, eyni səviyyədə olduğunu söyləyib: “Ötən mövsüm komandamızda tanınmış voleybolçular var idi.