Icma.az
close
up
RU
“Azərreyl”in kapitanı: Bu mövsüm problemlərimiz çox olsa da, finala vəsiqə qazanmağı bacardıq

“Azərreyl”in kapitanı: Bu mövsüm problemlərimiz çox olsa da, finala vəsiqə qazanmağı bacardıq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

“Milli Aviasiya Akademiyası”na qarşı yarımfinal matçı çox gərgin keçdi. Rəqib həddindən artıq istəkli mübarizə apardı. Görüşün bu qədər ağır keçəcəyini gözləmirdik. Çünki mövsüm ərzində onları üç dəfə məğlub etmişdik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Azərreyl” komandasının kapitanı Aynur İmanova Azərbaycan Yüksək Liqasının finalına vəsiqə qazanmaları barədə danışarkən deyib.

Təcrübəli blokçu bildirib ki, mövsümün əvvəlində heç kim “Azərreyl”in ilk “dördlüy”ə düşəcəyinə inanmırdı: “Azərreyl”in başı bu mövsüm çox bəlalar çəkdi. Heyətin yenilənməsi, zədəli oyunçuların olması komandaya problemlər yaratdı. Lakin biz əzmkar performans nümayiş etdirdik və finala vəsiqə qazanmağı bacardıq. Həlledici raunnda rəqibimiz “Abşeron” kollektivi olacaq. Onlarla görüşlərdə xal götürsək belə, qalib gələ bilməmişik. Amma voleybolda istənilən nəticə ola bilər. Biz “Milli Aviasiya Akademiyası”nı daha rahat keçəcəyimizə ümid edirdik. Göründüyü kimi, hər şey fərqli oldu”.

O, ötən mövsümdən fərqli olaraq, bu il komandalarda çıxış edən bütün oyunçuların, demək olar ki, eyni səviyyədə olduğunu söyləyib: “Ötən mövsüm komandamızda tanınmış voleybolçular var idi. İndi isə tanınmış simalara hər bir kollektivdə rast gəlmək olar”.

Azərbaycan millisinin üzvü bu mövsüm avrokuboklarda iştirak etməmələrinin “Azərreyl”ə mənfi təsir etmədiyini vurğulayıb: “Bu qərar Azərbaycan Voleybol Federasiyası tərəfindən verildi. Avrokuboklara getmədiyimiz üçün bütün fikrimizi Azərbaycan Yüksək Liqasına yönəltdik, oyunçuları daha yaxşı tanımaq imkanımız oldu”.

Qeyd edək ki, “Azərreyl” və “Abşeron” komandaları ilk final matçı bu gün baş tutacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 15:00-da start götürəcək. Komandalar arasında ikinci həlledici matç isə aprelin 24-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Çempion iki oyunun nəticəsinə əsasən məlum olacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri