Azıx mağarasında tədqiqat işləri necə gedir? RƏSMİ | Icma.az
Icma.az, Metbuat portalına istinadən məlumat verir. 2020-ci il Vətən müharibəsində əldə olunan zəfərlə Azərbaycan 30 ildən sonra Qarabağa, o
Qədim insanların yaşayış məskəni kimi tanınan bu mağarada 1968-ci ildə insana məxsus alt çənə sümüyü aşkar edilmişdi.
İşğal illərində isə Ermənistan burada müxtəlif saxtalaşdırma cəhdləri edib.
Bəs torpaqlar azad olunduqdan sonra Azıx mağarasında tədqiqat işlərinə başlanılıb?
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilən torpaqlarda 2022-ci ildən etibarən kompleks arxeoloji tədqiqatlar aparılmaqdadır.
Bu araşdırmalar içində Azıx, Tağlar mağaraları, Quruçay və Köndələnçay çaylarının sahil əraziləri üzrə tədqiqatlar xüsusi yer tutur: “Belə ki, homininlərin inkişaf etmiş növləri 4.2 milyon il əvvəl Afrikada yaranıb və dinamik dəyişikliklərlə Avrasiyaya yayılıb.
Avrasiya xəttində Azıx mağarası zəncirin xüsusi halqasını təşkil edir.
Ona görə də bu abidəyə dünya elmi çevrələri tərəfindən böyük maraq var.
Tam oxu
Xəbəri oxu