Icma.az
close
up
RU
Azıx mağarasında tədqiqat işləri necə gedir? RƏSMİ

Azıx mağarasında tədqiqat işləri necə gedir? RƏSMİ

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

2020-ci il Vətən müharibəsində əldə olunan zəfərlə Azərbaycan 30 ildən sonra Qarabağa, o cümlədən Azıx mağarasının yerləşdiyi Xocavənd rayonuna qovuşdu. Qədim insanların yaşayış məskəni kimi tanınan bu mağarada 1968-ci ildə insana məxsus alt çənə sümüyü aşkar edilmişdi. İşğal illərində isə Ermənistan burada müxtəlif saxtalaşdırma cəhdləri edib. Bəs torpaqlar azad olunduqdan sonra Azıx mağarasında tədqiqat işlərinə başlanılıb?

AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilən torpaqlarda 2022-ci ildən etibarən kompleks arxeoloji tədqiqatlar aparılmaqdadır. Bu araşdırmalar içində Azıx, Tağlar mağaraları, Quruçay və Köndələnçay çaylarının sahil əraziləri üzrə tədqiqatlar xüsusi yer tutur:

“Belə ki, homininlərin inkişaf etmiş növləri 4.2 milyon il əvvəl Afrikada yaranıb və dinamik dəyişikliklərlə Avrasiyaya yayılıb. Avrasiya xəttində Azıx mağarası zəncirin xüsusi halqasını təşkil edir. Ona görə də bu abidəyə dünya elmi çevrələri tərəfindən böyük maraq var. Artıq bu ilin avqust ayında ərazidə Azərbaycan-Yaponiya və Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyətə başlayıb. Arxeoloji ekspedsiyaların tərkibində azərbaycanlı alimlərlə yanaşı, arxeologiya, radiokarbon (14C), Optik Stimullaşdırılan Lüministsen (OSL) və Kosmogenik radionukleid (CRN) tarixlənmə,palaeoproteomiks və biomarker analizləri üzrə mütəxəssis olan alman, yapon, danimarkalı, portuqal alimləri də iştirak edirlər”.

Açıqlamada qeyd olunub ki, bu tədqiqatlar Azərbaycanın paleolit və mezolit dövrünün və onların mərhələlərini dəqiqləşdirəcək, tapılmış qalıqların hansı canlılara məxsusluğunu (palaeoproteomiks analizlər) müəyyən edəcək:

“Qədim kimyəvi birləşmələrin təhlili nəticəsində (biomarker analizi) isə qədim ətraf mühitin və ona qədim insanların təsiri barədə təsəvvür yaradacaq. Elmlərin fövqündə olan bu yönlü arxeometrik tədqiqatlar müasir dünya elminin tələblərinə cavab verir. Digər tərəfdən, Azıx və Tağlarda aparılan beynəlxalq tədqiqatlar Azərbaycanda yeni elmi sahələr üzrə mütəxəssislərin yetişdirilməsi üçün perspektiv istiqamətlər yaradır. Qeyd edək ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Qarabağ Universiteti ilə əməkdaşlıq barədə imzalanmış razılaşmasına əsasən, universitetin nəzdində Elm Fondunun dəstəyi ilə trasoloji laboratoriya yaradılmaqdadır. Həmçinin aidiyyatı dövlət təşkilatları ilə yanaşı, AMEA Arxeologiya və Antropologiya İnstitutu Azıx mağarasının UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına əlavə edilməsi üzərində aparılan işlərə də cəlb edilib”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri