Modern.az saytına istinadən Icma.az xəbər verir. Özbəkistanın Bayındırlıq müşaviri, keçmiş millət vəkili Azizbeq Omonov MediaTürk TV-də yayı
Modern.az xəbər verir ki, Omonov bildirib ki, Duqinin səsləndirdiyi fikirlərə həddindən artıq önəm verilməməlidir.
Onun sözlərinə görə, Duqinin şəxsi həyatı ziddiyyətlərlə doludur və uğursuz bir obraz sərgiləyir.
Bu səbəbdən də səsləndirdiyi fikirlər nə siyasi, nə də strateji baxımdan ciddi qəbul edilə bilməz.
Omonov vurğulayıb ki, Duqinin ritorikası ifrat rus millətçiliyi və faşist düşüncəsinin açıq göstəricisidir və bu cür yanaşmalar Türk dünyasının birliyinə və inkişafına heç bir təsir göstərə bilməz.
Azizbeq Omonov qeyd edib ki, Duqinin Türk dövlətlərinə qarşı səsləndirdiyi təhdid dolu ifadələr əslində zəifliyin və qorxunun ifadəsidir.
O, Türk dünyasının artıq keçmişdə olduğu kimi parçalanmış və təsirsiz olmadığını, əksinə Özbəkistan, Azərbaycan və digər Türk dövlətlərinin hər il iqtisadi, siyasi və hərbi baxımdan daha da gücləndiyini diqqətə çatdırıb.
Proqram zamanı Azərbaycan–Özbəkistan münasibətlərinə də toxunan Omonov, iki ölkə arasında dövlətlərarası əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib.