Azizbeq Omonov: “Duqinin açıqlamaları Türk dünyası üçün ciddi təhlükə deyil”
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Özbəkistanın Bayındırlıq müşaviri, keçmiş millət vəkili Azizbeq Omonov MediaTürk TV-də yayımlanan “360 Dərəcə” proqramında rus filosofu Aleksandr Duqinin Türk dünyasına yönəlmiş təhdid xarakterli açıqlamalarını geniş şəkildə dəyərləndirib.
Modern.az xəbər verir ki, Omonov bildirib ki, Duqinin səsləndirdiyi fikirlərə həddindən artıq önəm verilməməlidir. Onun sözlərinə görə, Duqinin şəxsi həyatı ziddiyyətlərlə doludur və uğursuz bir obraz sərgiləyir. Bu səbəbdən də səsləndirdiyi fikirlər nə siyasi, nə də strateji baxımdan ciddi qəbul edilə bilməz. Omonov vurğulayıb ki, Duqinin ritorikası ifrat rus millətçiliyi və faşist düşüncəsinin açıq göstəricisidir və bu cür yanaşmalar Türk dünyasının birliyinə və inkişafına heç bir təsir göstərə bilməz.
Azizbeq Omonov qeyd edib ki, Duqinin Türk dövlətlərinə qarşı səsləndirdiyi təhdid dolu ifadələr əslində zəifliyin və qorxunun ifadəsidir. O, Türk dünyasının artıq keçmişdə olduğu kimi parçalanmış və təsirsiz olmadığını, əksinə Özbəkistan, Azərbaycan və digər Türk dövlətlərinin hər il iqtisadi, siyasi və hərbi baxımdan daha da gücləndiyini diqqətə çatdırıb.
Proqram zamanı Azərbaycan–Özbəkistan münasibətlərinə də toxunan Omonov, iki ölkə arasında dövlətlərarası əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib. O, strateji tərəfdaşlıq çərçivəsində birgə layihələrin uğurla icra edildiyini, qarşılıqlı etimadın və qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini qeyd edib.
Xüsusilə Yeni Daşkənd layihəsi barədə danışan Azizbeq Omonov, bu iri miqyaslı layihədə Azərbaycanın nüfuzlu və güclü şirkətlərinin inşaat sektorunda fəal iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr iki ölkə arasında iqtisadi əməkdaşlığın real nəticələrini ortaya qoyur və gələcək üçün böyük perspektivlər vəd edir.
Sonda Omonov qeyd edib ki, Türk dünyası bu gün yalnız ortaq tarix və mədəniyyətlə deyil, həm də ortaq maraqlar, güclü iqtisadi əlaqələr və siyasi həmrəylik əsasında formalaşan böyük bir gücə çevrilməkdədir. Bu baxımdan kənardan yönələn təhdid və təxribat xarakterli açıqlamaların heç bir əhəmiyyəti yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 22 Yanvar 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















