AzMİU nun “Brend tələbə”ləri mükafatlandırılıb FOTO | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev, Gənclər Təşkilatının sədri Yusif Quliyev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Nicat Abdullayevin nitqi ilə başlayıb.
O, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkür edib, gəncləri təbrik edib.
"İlk növbədə qeyd etmək istərdim ki, təltif edilən tələbələrimiz universitetimizin ictimai həyatında fərqlənən, bizim üçün əziz olan gənclərdir.
Sizin “Brend tələbə” kimi seçilməniz həm universitetimiz, həm də rəhbərlik üçün böyük sevincdir.
Tam oxu
Xəbəri oxu