Icma.az
close
up
RU
AzMİU nun “Brend tələbə”ləri mükafatlandırılıb FOTO

AzMİU nun “Brend tələbə”ləri mükafatlandırılıb FOTO

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev, Gənclər Təşkilatının sədri Yusif Quliyev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Nicat Abdullayevin nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkür edib, gəncləri təbrik edib.

"İlk növbədə qeyd etmək istərdim ki, təltif edilən tələbələrimiz universitetimizin ictimai həyatında fərqlənən, bizim üçün əziz olan gənclərdir. Sizin “Brend tələbə” kimi seçilməniz həm universitetimiz, həm də rəhbərlik üçün böyük sevincdir. Sizə həm öz adımdan, həm də universitet rəhbərliyi adından dərin təşəkkürümü bildirirəm.

Qeyd edim ki, bu layihə artıq 3 ildir tələbələri qiymətləndirir və sevindirici haldır ki, biz bu layihədə ikinci ildir iştirak edirik. Əminəm ki, hər biriniz universitet həyatında aktivliyinizi davam etdirəcək və gələcəkdə uğurlu karyeraya qədəm qoyacaqsınız".

Daha sonra baş redaktor Ləman Novruzova layihə barədə ətraflı məlumat verib, gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

"Düşünürəm ki, minlərlə tələbənin içərisindən seçilən 10 nəfər olmaq həm qürur, həm də məsuliyyətdir. Universitetin sizi bu siyahıya daxil etməsi həm tələbəlik həyatınız boyunca göstərdiyiniz səylərin, həm də bilik və bacarıqlarınızın yüksək qiymətləndirilməsinin nəticəsidir. Hesab edirəm ki, bu etimadı gələcəkdə də doğruldacaqsınız.

Layihənin əsas məqsədi tələbələrin akademik və şəxsi uğurlarını ictimaiyyətə tanıtmaq, onların daha fəal, məqsədyönlü və müasir düşüncəli fərdlər kimi formalaşmasına töhfə verməkdir. Əgər üç il əvvəl 20 universitet layihəyə qoşulmuşdusa, bu il artıq 29 ali təhsil müəssisəsi iştirak edir. Gələcək hədəfimiz layihənin Azərbaycanın bütün ali təhsil müəssisələrini əhatə etməsidir. Qalib olan bütün tələbələri ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram".

Gənclər Təşkilatının sədri Yusif Quliyev söyləyib ki, təltif olunan tələbələr demək olar ki, hər iki təşkilatın ən aktiv və fəal yaradıcı tələbələridir. 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

Emil Qurbanlı - Tikinti-iqtisad fakültəsinin tələbəsi;

Sevinc Məmmədli- Dizayn fakültəsinin tələbəsi;

Vüsal Hüseynli- Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbəsi;

Ayla Muradzadə-Tikinti-iqtisad fakültəsinin tələbəsi;

Arzu İsazadə- Dizayn fakültəsinin tələbəsi;

Məhəmməd Əzizbəyli- Memarlıq fakültəsinin tələbəsi;

Ceyhun Rəhimli- Nəqliyyat fakültəsinin tələbəsi;

Bəhram Muradlı- Nəqliyyat fakültəsinin tələbəsi;

Tellixanım Əliyeva- Tikinti-iqtisad fakültəsinin tələbəsi;

Nigar Abdullayeva- Dizayn fakültəsinin tələbəsi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri