AzMİU nun yeni Monitorinq Mərkəzi strateji binaların təhlükəsizliyini təmin edəcək AZƏRTAC…
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 23 yanvar, AZƏRTAC Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Zəlz
Bu barədə AZƏRTAC-a mərkəzin direktoru professor Azər Qasımzadə bildirib.
O, Monitorinq Mərkəzinin binada baş verən istənilən konstruktiv dəyişiklikləri izləyəcəyini və zamanında müdaxilə edərək zəlzələ, partlayış və digər xarici təsirlərə qarşı binaların təhlükəsizliyini qorumağa imkan verəcəyini qeyd edib.
Bildirib ki, Monitorinq Mərkəzi 7/24 rejimində sistem vasitəsilə binanın vəziyyətini izləyəcək, hər hansı bir uyğunsuzluq aşkar edildikdə isə dərhal bina sahibinə xəbərdarlıq ediləcək.
Professor Azər Qasımzadə bu layihənin Azərbaycanda elmi-tədqiqat sahəsində yeni imkanlar yaradacağını və təhlükəsiz tikinti infrastrukturunun inkişafına xidmət edəcəyini vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu