AzMİU nun yeni Monitorinq Mərkəzi strateji binaların təhlükəsizliyini təmin edəcək AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi (ZMETM) zəlzələlərə qarşı yüksək təhlükəsizlikli binaların dayanıqlılığını təmin etmək məqsədilə yeni bir Monitorinq Mərkəzi quracaq.
Bu barədə AZƏRTAC-a mərkəzin direktoru professor Azər Qasımzadə bildirib. O, Monitorinq Mərkəzinin binada baş verən istənilən konstruktiv dəyişiklikləri izləyəcəyini və zamanında müdaxilə edərək zəlzələ, partlayış və digər xarici təsirlərə qarşı binaların təhlükəsizliyini qorumağa imkan verəcəyini qeyd edib. Bildirib ki, Monitorinq Mərkəzi 7/24 rejimində sistem vasitəsilə binanın vəziyyətini izləyəcək, hər hansı bir uyğunsuzluq aşkar edildikdə isə dərhal bina sahibinə xəbərdarlıq ediləcək.
Professor Azər Qasımzadə bu layihənin Azərbaycanda elmi-tədqiqat sahəsində yeni imkanlar yaradacağını və təhlükəsiz tikinti infrastrukturunun inkişafına xidmət edəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















