Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt"ı son dəqiqədə vurduğu qolla məğlub edib.
"Ölkə.Az"ın məlumatına görə, almanların penalti vurmasına səbəb olan Bəhlul Mustafazadə 90+4-cü dəqiqədə stadionu coşdurub.
Matçdan sonra isə azyaşlının əvvəlcədən "oyunda hesab 3:2 olacaq, Bəhlulun xeyrinə" deməsi ortaya çıxıb.
Bu barədə paylaşım edən Ceyhunə Rzalı bildirib ki, Fatih adlı yaxını oyun başlamamış, "Bəhlul udacaq" dedi, o, Bəhluldan forma gözləyir.
Sosial şəbəkə istifadəçilərindən biri görüntünün oyundan öncə çəkildiyi barədə ironik zarafat etsə də, postun sahibi bütün oyun boyu Fatihin "Bəhlul, Bəhlul" deyərək "Qarabağ"a azarkeşlik etdiyini əsas gətirib.
Bununla bağlı videoları hekayə bölməsində yerləşdirdiyini söyləyib.Həmçinin qeyd edib ki, azyaşlı “Araz Futbol Akademiyası”ında həftədə 2 dəfə məşqçi və komandası ilə oynayan oyunçudur.
"Deyir, ən çox istədiyi şey Bəhluldan imzalı öz adı olan formadır".