Azyaşlı Bəhlulun xeyrinə 3:2 olacaq demişdi, ondan forma istəyir VİDEO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt"ı son dəqiqədə vurduğu qolla məğlub edib.
"Ölkə.Az"ın məlumatına görə, almanların penalti vurmasına səbəb olan Bəhlul Mustafazadə 90+4-cü dəqiqədə stadionu coşdurub.
Matçdan sonra isə azyaşlının əvvəlcədən "oyunda hesab 3:2 olacaq, Bəhlulun xeyrinə" deməsi ortaya çıxıb.
Bu barədə paylaşım edən Ceyhunə Rzalı bildirib ki, Fatih adlı yaxını oyun başlamamış, "Bəhlul udacaq" dedi, o, Bəhluldan forma gözləyir.
Sosial şəbəkə istifadəçilərindən biri görüntünün oyundan öncə çəkildiyi barədə ironik zarafat etsə də, postun sahibi bütün oyun boyu Fatihin "Bəhlul, Bəhlul" deyərək "Qarabağ"a azarkeşlik etdiyini əsas gətirib. Bununla bağlı videoları hekayə bölməsində yerləşdirdiyini söyləyib.Həmçinin qeyd edib ki, azyaşlı “Araz Futbol Akademiyası”ında həftədə 2 dəfə məşqçi və komandası ilə oynayan oyunçudur. "Deyir, ən çox istədiyi şey Bəhluldan imzalı öz adı olan formadır".
Miri
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 Yanvar 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















