Azyaşlı övladını oğurluğa cəlb etdi Ali Məhkəmədən ağır cəza | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qəra
Modern.az xəbər verir ki, işin hallarına görə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan oğlunu cinayətkar fəaliyyətə cəlb edib, tamah
Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs CM-in 170.1 (On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına
Həmin hökmlə həmçinin digər təqsirləndirilən şəxs olan övladı CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirl
Hökmdən verilmiş apellyasiya protestinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası mə
Daha sonra iş üzrə Ali Məhkəməyə kassasiya proteti ilə şikayət verilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi: İşə mahiyyəti üzrə baxmış məhkəmələr məhkumun yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək, eyni zamanda onunla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında oğurluq cinayətini törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmış, lakin, ibtidai araşdırma orqanından fərqli olaraq məhkəmələrin iş üzrə gəldikləri qənaət ondan ibarət olub ki, məhkum cinayətkar fəaliyyətə cəlb etdiyi şəxsi (iş üzrə digər məhkum edilmiş şəxs) tərbiyə etmək vəzifəsini daşımadığına görə o, CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməz, buna görə də o, CM-in 170.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır.
Cinayət qanununun normasında yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxslərə kimlərin aid olması konkret olaraq göstərilməsə də, məhkəmə kollegiyası digər qanunvericilik aktlarının tələblərindən çıxış edərək və məsələyə təkcə ailə qanunvericiliyinin və digər qanunvericilik aktlarının deyil, həm də cinayət qanununun normasının tələbləri baxımından yanaşaraq hesab edib ki, belə şəxslərə ilk növbədə yetkinlik yaşına çatmayanın valideynləri, daha sonra onun qəyyumları və himayədarları, təhsil müəssisələrinin, uşaq evlərinin müəllimləri, tərbiyəçiləri, qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağı övladlığa götürmüş şəxslər, habelə normativ və qeyri-normativ hüquqi aktlarla, məhkəmə qərarları ilə üzərlərinə uşağı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər aiddirlər.
Tam oxu
Xəbəri oxu