Icma.az
close
up
RU
Azyaşlı övladını oğurluğa cəlb etdi Ali Məhkəmədən ağır cəza

Azyaşlı övladını oğurluğa cəlb etdi Ali Məhkəmədən ağır cəza

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib. 

Modern.az xəbər verir ki, işin hallarına görə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan oğlunu cinayətkar fəaliyyətə cəlb edib, tamah niyyətilə özgənin əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talama məqsədilə, rayon ərazisində vətəndaşın istifadədə olmayan balıqartırma gölünün ərazisindən açıq sahədən bir neçə dəfəyə 2600 manat dəyərində elektrik naqilini, 1560 manat dəyərində işıq dirəyini, 300 manat dəyərində ikilaylı 1 ədəd dəmir qapını, 210 manat dəyərində 7 ədəd işıq lampasını və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağı gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 4970 manat məbləğində maddi ziyan vurublar. 

Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs CM-in 170.1 (On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə) və 177.2.1-ci (Oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həmin hökmlə həmçinin digər təqsirləndirilən şəxs olan övladı CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Hökmdən verilmiş apellyasiya protestinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək hökm apellyasiya protestinə münasibətdə, məhkum edilmiş şəxsin cəzaçəkmə müddətinin başlanğıcının hesablanması ilə bağlı hissədə və hökmün nəticə hissəsində qeyd edilən məhkum edilmiş şəxsin ad, soyad və ata adı ilə bağlı hissədə dəyişdirilib, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılıb. Daha sonra iş üzrə Ali Məhkəməyə kassasiya proteti ilə şikayət verilib. 

Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi:

İşə mahiyyəti üzrə baxmış məhkəmələr məhkumun yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək, eyni zamanda onunla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında oğurluq cinayətini törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmış, lakin, ibtidai araşdırma orqanından fərqli olaraq məhkəmələrin iş üzrə gəldikləri qənaət ondan ibarət olub ki, məhkum cinayətkar fəaliyyətə cəlb etdiyi şəxsi (iş üzrə digər məhkum edilmiş şəxs) tərbiyə etmək vəzifəsini daşımadığına görə o, CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməz, buna görə də o, CM-in 170.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır.

Cinayət qanununun normasında yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxslərə kimlərin aid olması konkret olaraq göstərilməsə də, məhkəmə kollegiyası digər qanunvericilik aktlarının tələblərindən çıxış edərək və məsələyə təkcə ailə qanunvericiliyinin və digər qanunvericilik aktlarının deyil, həm də cinayət qanununun normasının tələbləri baxımından yanaşaraq hesab edib ki, belə şəxslərə ilk növbədə yetkinlik yaşına çatmayanın valideynləri, daha sonra onun qəyyumları və himayədarları, təhsil müəssisələrinin, uşaq evlərinin müəllimləri, tərbiyəçiləri, qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağı övladlığa götürmüş şəxslər, habelə normativ və qeyri-normativ hüquqi aktlarla, məhkəmə qərarları ilə üzərlərinə uşağı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər aiddirlər. Bununla belə, uşağı tərbiyə etmək vəzifəsi üzərlərinə qoyulmamış onun yaxın qohumları və qohumluq əlaqələri olan şəxslər (babalar, nənələr, bacı və qardaşlar və s.), uşağı övladlığa götürməmiş ögey valideynlər və digər şəxslər həm CM-in 170.2-ci maddəsinin, həm də digər qanunvericilik aktlarının tələblərinə və mənasına görə göstərilən maddədə nəzərdə tutulmuş cinayətin subyekti hesab edilə bilməzlər. 
Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri məhkumun CM-in 170.2-ci maddəsinin subyekti olmaması, yəni onun yetkinlik yaşına çatmayan övladını tərbiyə etmək vəzifəsini daşımaması barədə nəticəyə gələrkən, bunun əksini təsdiq edən sübutlara lazımi qaydada qiymət verməyib, öz nəticələrini isə qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmayıblar. 

Məhkəmə kollegiyası vurğulayıb ki, məhkumun təqsirli bilindiyi oğurluq cinayətini törədənədək onun himayəsində olan uşaqları, o cümlədən övladını tərbiyə etmək vəzifəsindən azad olunmasına əsas olan hər hansı hal müəyyən edilməyib və məhkəmələr bu halı da təsdiq edən sübutları əldə etməyərək yekun məhkəmə aktlarında belə sübutlara əsaslanıblar. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumun törətdiyi yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmə cinayət əməlinin qanuna müvafiq qaydada düzgün tövsif edilməsi üçün belə sübutların da əldə edilərək araşdırılması zəruri olub. Çünki hər hansı əsasla şəxsin cinayət törətməyə sövq etdiyi yetkinlik yaşına çatmayan şəxsi tərbiyə etmək vəzifəsindən azad olunması və ya məhrum edilməsi müəyyən edildikdə onun CM-in 170.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti hesab edilməsi və onun bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilərək təqsirli bilinməsi istisna olunur. 
Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin məhkumun cinayətkar fəaliyyətə cəlb etdiyi övladını tərbiyə etmək vəzifəsini daşımaması, buna görə onun əməlinin CM-in 170.1-ci maddəsi ilə tövsif edilməsi haqqında hökmü ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən pozuntuya yol verilib və buna görə də həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri