Azyaşlı qız “beyin yeyən” parazitə YOLUXDU

24.08.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Luiziana ştatında 8 yaşlı Lillian Smart nadir və ölümcül infeksiyaya yoluxduqdan sonra həyatını itirib.

Redaktor.az xəbər verir ki, qızın "Naegleria fowleri" adlı “beyin yeyən” amöblə yoluxduğu və infeksiyanın böyük ehtimalla göldə üzdükdən sonra baş verdiyi bildirilir.

Məlumata görə, amöb isti şirin sularda, o cümlədən göl və çaylarda yaşaya bilir. İnfeksiya çirkli suyun burundan daxil olması və amöbün beyinə keçməsi nəticəsində yaranır.

Lillianın ailəsi onun ölüm xəbərini sosial şəbəkədə paylaşıb. Ailə bildirib ki, qızın beynində yaranan zədələr çox ağır olub və onun bədəni sağala bilməyib.

"Naegleria fowleri" infeksiyası olduqca nadir olsa da, xəstəlik çox ağır keçir və əksər hallarda ölümlə nəticələnir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью