Azyaşlı qız “beyin yeyən” parazitə YOLUXDU
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Luiziana ştatında 8 yaşlı Lillian Smart nadir və ölümcül infeksiyaya yoluxduqdan sonra həyatını itirib.
Redaktor.az xəbər verir ki, qızın "Naegleria fowleri" adlı “beyin yeyən” amöblə yoluxduğu və infeksiyanın böyük ehtimalla göldə üzdükdən sonra baş verdiyi bildirilir.
Məlumata görə, amöb isti şirin sularda, o cümlədən göl və çaylarda yaşaya bilir. İnfeksiya çirkli suyun burundan daxil olması və amöbün beyinə keçməsi nəticəsində yaranır.
Lillianın ailəsi onun ölüm xəbərini sosial şəbəkədə paylaşıb. Ailə bildirib ki, qızın beynində yaranan zədələr çox ağır olub və onun bədəni sağala bilməyib.
"Naegleria fowleri" infeksiyası olduqca nadir olsa da, xəstəlik çox ağır keçir və əksər hallarda ölümlə nəticələnir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 24 Avqust 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















