Azyaşlılar 80 dən çox məzarı dağıtdılar | Icma.az
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Novosibirsk vilayətində azyaşlılar qəbiristanlıqda vandallıq törədiblər.
AzPost xarici mediaya istinadən xəbər verir ki, hadisə Kıştovski rayonunun Zalivino kəndindəki qəbiristanlıqda baş verib.
Məlumata görə, 2016 və 2018-ci il təvəllüdlü üç yeniyetmə oktyabrın 15-də günorta saatlarında 80-dən çox məzar daşını sındırıb, bir neçə memorial abidəni isə tamamilə yararsız hala salıb.
Novosibirsk vilayəti prokurorluğundan bildirilib ki, hadisə ilə bağlı prosessual yoxlama başladılıb.
Prokurorluq əməkdaşları azyaşlıların motivlərini və hadisənin başvermə şəraitini araşdırır.
Hazırda rayon prokurorluğu məsələni xüsusi nəzarətə götürüb.
Qeyd olunur ki, yoxlama zamanı həm də uşaqların nəzarətsiz qalmasına görə yerli profilaktika orqanlarının fəaliyyəti qiymətləndiriləcək.
Tam oxu
Xəbəri oxu