Azyaşlılar 80 dən çox məzarı dağıtdılar
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Novosibirsk vilayətində azyaşlılar qəbiristanlıqda vandallıq törədiblər.
AzPost xarici mediaya istinadən xəbər verir ki, hadisə Kıştovski rayonunun Zalivino kəndindəki qəbiristanlıqda baş verib.
Məlumata görə, 2016 və 2018-ci il təvəllüdlü üç yeniyetmə oktyabrın 15-də günorta saatlarında 80-dən çox məzar daşını sındırıb, bir neçə memorial abidəni isə tamamilə yararsız hala salıb.
Novosibirsk vilayəti prokurorluğundan bildirilib ki, hadisə ilə bağlı prosessual yoxlama başladılıb. Prokurorluq əməkdaşları azyaşlıların motivlərini və hadisənin başvermə şəraitini araşdırır.
Hazırda rayon prokurorluğu məsələni xüsusi nəzarətə götürüb. Qeyd olunur ki, yoxlama zamanı həm də uşaqların nəzarətsiz qalmasına görə yerli profilaktika orqanlarının fəaliyyəti qiymətləndiriləcək.
İstintaqın ilkin versiyasına əsasən, uşaqlar hadisə zamanı tək olublar və onların valideynləri bu barədə sonradan məlumatlandırılıb.
Rusiya mediası yazır ki, bölgə sakinləri qəbiristanlıqda yaranan mənzərəni “dəhşətli və ağlasığmaz” adlandırıblar. Hadisə ilə bağlı cinayət işi açılması ehtimalı istisna edilmir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















