Azyaşlılara qarşı əxlaqsızlıq: 60 yaşlı kişiyə hökm oxundu | Icma.az
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Salyan rayonunda 1965-ci il təvəllüdlü Fərman yetkinlik yaşına çatmayan Nərminə (adlar şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.
Bakupost.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə 2023-cü il mayın 31-də baş verib.
Fərman həmin gün saat 12:30-da Salyan şəhərində 2013-cü il təvəllüdlü Nərminin 2014-cü il təvəllüdlü bacısı Vüsalə ilə birlikdə yaxınlıqdakı ərzaq mağazasından çörək alaraq küçəyə çıxdığını görüb.
Qızlara yaxınlaşan Fərman dondurma və oyuncaq verəcəyi bəhanəsi ilə onları evinə dəvət edib.
Bir neçə dəqiqə sonra Nərmin və Vüsalə bacıları onun evinə gəldikdə isə uşaqlara dondurma və oyuncaq verib.
Daha sonra evin həyətində cinsi ehtirasını təmin eləmək məqsədilə Nərmini özünə tərəf çəkərək qucaqlayıb, boyun nahiyəsini öpüb, zor tətbiq etmədən əxlaqsız hərəkətlərə başlayıb.
İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Tam oxu
Xəbəri oxu