Icma.az
close
up
RU
Azyaşlılara qarşı əxlaqsızlıq: 60 yaşlı kişiyə hökm oxundu

Azyaşlılara qarşı əxlaqsızlıq: 60 yaşlı kişiyə hökm oxundu

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Salyan rayonunda 1965-ci il təvəllüdlü Fərman yetkinlik yaşına çatmayan Nərminə (adlar şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.

Bakupost.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə 2023-cü il mayın 31-də baş verib.

Fərman həmin gün saat 12:30-da Salyan şəhərində 2013-cü il təvəllüdlü Nərminin 2014-cü il təvəllüdlü bacısı Vüsalə ilə birlikdə yaxınlıqdakı ərzaq mağazasından çörək alaraq küçəyə çıxdığını görüb. Qızlara yaxınlaşan Fərman dondurma və oyuncaq verəcəyi bəhanəsi ilə onları evinə dəvət edib. Bir neçə dəqiqə sonra Nərmin və Vüsalə bacıları onun evinə gəldikdə isə uşaqlara dondurma və oyuncaq verib.

Daha sonra evin həyətində cinsi ehtirasını təmin eləmək məqsədilə Nərmini özünə tərəf çəkərək qucaqlayıb, boyun nahiyəsini öpüb, zor tətbiq etmədən əxlaqsız hərəkətlərə başlayıb.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Salyan şəhərində qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə Bakı şəhərinin Badamdar qəsəbəsində yaşayıb: “Əvvəllər məhkum olunmamışam, toy məclislərində meyxana söyləməklə ailəmi saxlamışam. Narkotik qəbul etmirəm, amma spirtli içki içirəm. Bəzən Bakıdan gələrək Salyan şəhərindəki evimdə bir müddət tək yaşayıram. Sonra yenidən Bakıya qayıdıram”.

Fərman qeyd edib ki, 2023-cü il mayın 31-də bir qədər spirtli içki içib, təxminən saat 12 radələrində Salyan şəhərində Nəriman adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısında kölgədə dayanıb: “Həmin vaxt Təranənin azyaşlı qızları Nərmin və Vüsalənin birlikdə mağazasına gələrək çörək aldıqlarını gördüm. Mən həmişə həmin uşaqları küçədə görəndə onlara dondurma almışam. Bu dəfə də Nərminlə Vüsaləni görəndə dedim ki, dondurma və sok almışam, evimə gəlin, sizə yumşaq oyuncaqlar da verəcəm. Uşaqlar sevinərək gələcəklərini deyib, qaçaraq öz evlərinə tərəf getdilər. Mən də yaxınlıqdakı evimin həyətinə girdim.

Nərmin və Vüsalə həyətə gələndə onları evə dəvət etdim. Otaqda uşaqlara dondurma və limonad verdim. Daha sonra uşaqları o biri otağa dəvət etdim. Divanın baş hissəsində cərgə ilə düzülmüş yumşaq uşaq oyuncaqlarını göstərdim, hansını istəsələr götürə biləcəklərini dedim. Uşaqlar hərəyə bir yumşaq oyuncaq götürdülər, sonra birlikdə evdən həyətə çıxdıq. Bir neçə saat sonra məni rayon polis şöbəsinə dəvət etdilər”.

Təqsirləndirilən şəxs əlavə edib ki, həyətdə uşaqlar onunla sağollaşıb gedərkən, onların üzündən bir əmi, baba kimi öpüb.

İbtidai istintaqda isə təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, tutduğu əməldən peşman olduğunu bildirib.

Həmin ifadəsində göstərib ki, Salyan şəhər sakini Təranənin yazdığı şikayət ərizəsi ilə tanış olub və ərizədə göstərilənlər qismən doğrudur: “Təranə mənim uzaq qohumumdur, ailəsi ilə birlikdə Salyan şəhərində qonşu küçədə kirayədə yaşayır. 2023-cü ilin may ayının 31-də günortaya yaxın saatlarda bir qədər spirtli içki qəbul etdim. Təxminən saat 12 radələrində ərzaq mağazasının qarşısında kölgədə dayandım. Bu zaman Təranənin azyaşlı qızları Nərmin və Vüsalənin birlikdə mağazadan çörək aldıqlarını gördüm.

Mən həmin uşaqları küçədə görəndə həmişə onlara dondurma almışam. Bu dəfə də dedim ki, sizə dondurma və sok almışam, evə gəlsinlər”.

Fərman qeyd edib ki, təxminən 15 dəqiqədən sonra Nərmin və Vüsalə onun həyətinə gəliblər: “Uşaqları evə dəvət etdim, evin otağına keçdik. Nərmin və Vüsaləyə dondurma və “Fanta” limonadı verdim. Onları o biri otağa dəvət etdim. Oaqdakı divanın baş hissəsində cərgə ilə düzülmüş yumşaq uşaq oyuncaqlarını göstərdım, hansını istəsələr götürə biləcəklərini dedim.

Nərmin və bacısı Vüsalə hərəyə bir yumşaq oyuncaq götürdülər. Birlikdə həyətə çıxdıq. Həyətdə uşaqlar mənimlə sağollaşanda özüm də bilmədən Nərmini qucaqlayaraq boynundan bir neçə dəfə öpdüm, dilimlə boynunu yaladım. Sonra dodağını öpdüm. Nərmin əlləri ilə məni itələdi, bacısı Vüsalə ilə birlikdə həyətdən çıxaraq getdilər. Bu hərəkəti necə etdiyimi özüm də bilməmişəm. Sərxoş olduğumdan nə etdiyimi dərk etməmişəm.

Bir neçə saat sonra məni rayon polis şöbəsinə dəvət etdilər. Məni sərxoşluq müayinəsindən keçirdilər. Sərxoş olduğumu gördülər, evə gedərək yatmağımı, ertəsi gün polis şöbəsinə gəlməyimi tapşırdılar.

Evə gəldikdən sonra bir qədər ayıldım və anladım ki, bir az əvvəl Nərminə qarşı etdiyim hərəkətə görə anası Təranə şikayət edib. Tutulacağımdan qorxaraq axşam Bakı şəhərinə getdim və daha Salyan rayonuna gəlmədim”.

Fərman bildirib ki, 2024-cü il martın 16-da Bakı şəhərində metro stansiyasında olarkən polis əməkdaşları tərəfindən saxlanılıb: “Mənə məlumat verildi ki, Salyan Rayon Polis Şöbəsi tərəfindən barəmdə axtarış elan edilib. Gecə məni Salyan Rayon Polis Şöbəsinə gətirərək müvəqqəti saxlama yerinə təhvil verdilər. Tutduğum əməldən peşmanam, bir daha belə hərəkətlər etməyəcəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə, bacısı Vüsalə ilə birlikdə yaşadıqları evin yaxınlığındakı dükandan çörək almağa gediblər: “Dükanın yanında dayanan Fərman əmi dedi ki, gələrsiniz, sizə dondurma, sok almışam, onu verəcəm. Mən və bacım aldığımız çörəyi evə qoyduqdan sonra Fərman əminin evinin qarşısına gəldik.

Gördük ki, Fərman əmi telefonla danışır, bizə dedi ki, gəlin evə. Anam və balaca bacım anamın iş yerindəydi. Bacımla birlikdə Fərman əminin arxasınca evə girdik. Fərman əmini anamın qohumu kimi tanıyıram.

Fərman əmi mənə və bacıma dondurma, balaca “Fanta” limonadı verdi. Sonra bizi evin o biri otağına dəvət etdi. Onun əminin arxasınca evə qalxıb otağa keçdik. Bizdən başqa evdə heç kim yox idi. Otaqdakı divanın baş hissəsində uşaq oyuncaqları vardı. Fərman əmi həmin oyuncaqları bizə göstərdi, hansını istəyiriksə, götürə biləcəyimizi dedi.

Mən və bacım hərəyə bir yumşaq oyuncaq götürdük, sonra evdən həyətə çıxdıq. Həyətdə Fərman əmi məni özünə tərəf çəkərək qucaqladı, boğazımdan və dodağımdan öpdü”.

Zərərçəkmiş bildirib ki, Fərman onun üzündən deyil, dodağından və boğazından öpüb: “Əvvəllər Fərman əmi bizə dondurma və sok alsa da, heç vaxt bizi evə dəvət etməyib. Vüsalə qapının ağzında olanda gördü ki, məni Fərman əmi qucaqlayıb. Mən Vüsaləni çağırdım. Çünki bacım daha cəsarətlidir, əlləri ilə Fərman əminin sinəsindən itələdikdən sonra biz qaçdıq. Həyətdən qaçaraq əllərimdə olan dondurma və soku yaxınlıqdakı Səməd əminin dükanının yanında olan otların arasına tulladıq”.

Şahid qismində ifadə verən azyaşlının anası Təranənin sözlərinə görə, ailəsilə, yəni əri və qızları ilə birlikdə Salyan şəhərimdə yaşayır: “Salyan şəhərindəki qadın gözəllik salonunda işləyirdim. Hazırda marketlərdən birində işləyirəm. Ərimin iş yeri isə Gəncə şəhərindədir.

İşə gedərkən uşaqlara dedim ki, evdə çörək yoxdur, mağazadan alarsınız. Mayın 31-də saat 13 radələrində işdən çıxaraq evə gəldim. Evin qapısı açıq idi, uşaqlar da evdə yox idi. Qızım Vüsalə təlaşla qaçaraq mənə tərəf gəldi. İlk öncə elə bildim ki, itdən qorxub. Sonradan olanları danışdı. Mən də bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim.

Fərman mənim bibimin qaynıdır. Vüsalə dedi ki, Fərman onlara dondurma və “Fanta” limonadı, hərəsinə bir yumşaq oyuncaq verib. Evdən həyətə çıxdıqda Fərman “indi gəlin, sizi maç-maç edim” deyib, Nərmini özünə tərəf çəkərək qucaqlayıb, özünə sıxıb, əvvəl boynundan, sonra dodağından öpüb.

Vüsalənin danışdığını digər qızım Nərmin də təsdiq etdi. Buna görə rayon polis şöbəsinə gələrək şikayət ərizəsi yazdım”.

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərman 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri