Bacısı qızının toyuna gedən şəxs öldü

05.04.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda toy yasa çevrilib.

"Unikal"ın məlumatına görə, Cəlilabad rayon Qarayar kənd sakini 1976-cı il təvəllüdlü  Səyyad Qılınc oğlu Yaqubov Lənkərana bacısı qızının toyuna gedib. S.Yaqubov toyda özünü pis hiss edib. Yaxınlarından xahiş edib ki, onu yaxınlıqdakı aptekə aparsınlar. Aptekdə dərman alaraq qəbul edib. Bundan sonra onun halı pisləşib və təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. 

Həkimlər ona kardiak-arrest (ürəkdayanma) diaqnozu qoyublar və zəruri ilkin tibbi xidmətlər göstəriblər.  Göstərilən bütün səylərə baxmayaraq S.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb. 

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью