Bacısı qızının toyuna gedən şəxs öldü
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Lənkəranda toy yasa çevrilib.
"Unikal"ın məlumatına görə, Cəlilabad rayon Qarayar kənd sakini 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov Lənkərana bacısı qızının toyuna gedib. S.Yaqubov toyda özünü pis hiss edib. Yaxınlarından xahiş edib ki, onu yaxınlıqdakı aptekə aparsınlar. Aptekdə dərman alaraq qəbul edib. Bundan sonra onun halı pisləşib və təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Həkimlər ona kardiak-arrest (ürəkdayanma) diaqnozu qoyublar və zəruri ilkin tibbi xidmətlər göstəriblər. Göstərilən bütün səylərə baxmayaraq S.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
Baxış sayı:178
Bu xəbər 05 Aprel 2025 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















